adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Avqust 2016 00:15
15364
İDMAN
A- A+

Rəsul Çunayev Olimpiadanın bürünc medalını qazandı! - YENİLƏNİB

Çunayev koreyalı rəqibi Ryu Han Suya vaxtından əvvəl qalib gələrək Olimpiadanın bürünc medalını qazanıb.


***


Çunayev rəqibinə 1-4 hesabı ilə uduzaraq ümidini bürünc medala bağlamalı olub.


***


Rəsulun yarımfinaldakı rəqibi də müəyyənləşib. Bu, koreyalı rəqibini məğlub edən erməni Miqran Arutunyandır.


***


Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 


Adalet.az-ın məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

 

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə görüşüb. Görüş həmyerlimiz üçün yaxşı başlamasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

 

Rəsulun 1/8 finalda rəqibi rusiyalı, 60 kiloqram çəki dərəcəsində olimpiya çempionu İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.