adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Avqust 2016 16:53
8029
GÜNDƏM
A- A+

Rusiya qoşunları Gürcüstanda

Rusiya Cənub Hərbi Dairəsində raket və artilleriya qoşunlarının hərbi təliminə başlayıb.

Adalet.az xəbər verir ki, təlimdə 5 mindən çox hərbçi iştirak edir. Şimali Qafqaz və Cənubi Osetiya ərazisində keçirilən hərbi təlimə İsgəndər-M zenit raket kompleksləri, Akasiya və Qvozdika özüyeriyən qaubitsalar cəlb olunacaq. Burada həmçinin Şturm-C tank əleyhinə raket sistemlərindən də istifadə ediləcək. Hərbi təlim sentyabrın 16-na qədər davam edəcək.

Qeyd edək ki, Rusiya dünən Xəzər dənizində də təlim keçirib.

Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan savaşından sonra bu ərazi Moskvanın dəstəyi ilə Tiflisin nəzarətindən çıxıb. Müharibədən dərhal sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.