adalet.az header logo
  • Bakı 20°C
16 Avqust 2016 15:31
10786
ƏDƏBİYYAT
A- A+

Aqata Kristinin daha bir əsərinə film çəkilir

Dünya şöhrətli yazıçı Aqata Kristinin daha bir əsəri ekranlaşdırılır. BBC-nin sifarişi ilə çəkiləcək bu filmin baş rolunu məşhur "Böyük şəhərdə seks” serialının qəhrəmanlarından biri Kim Ketrol (Samanta) oynayacaq. "Cinayətin şahidi” adlı filmin çəkilişlərinə artıq ötən həftə başlanılıb. Çəkilişlər Liverpulda aparılır. İki seriyalı filmin premyera tarixi hələlik bilinmir.

Qeyd edək ki, "Cinayətin şahidi” əsərini Kristi 1925-ci ildə yazıb. İlk dəfə əsər 1957-ci ildə ekranlaşdırılıb və baş rolu Marlin Ditrix oynayıb.  

Bundan əvvəl isə Aqata Kristinin "Şərq ekpresində qətl” eyniadlı əsəri ilə çəkilən filmdə Anjelina Colini xəstəliyi ilə əlaqədar Şarliz Teronun əvəz edəcəyi barədə xəbər verilmişdi.