adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Avqust 2016 11:33
37782
HÜQUQ
A- A+

REAL üzvlərinə 7 sutka həbs verildi

Səbail rayon Məhkəməsində REAL hərəkatının üzvləri – Toğrul İsmayılov və Elşən Qasımovun məhkəməsi keçirilib.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının verdiyi məlumata görə, onların hər biri 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb.

T. İsmayılov hərəkatın Nəsimi və Səbail məclislərinin sədri, T. Qasımov isə Binəqədi rayon məclisinin sədr müavinidir.