adalet.az header logo
  • Bakı 13°C
15 Avqust 2016 15:02
8848
MƏMLƏKƏT
A- A+

Layihə davam edir - FOTO

"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbir və aksiyalara ictimai dəstək” layihəsi davam edir. 

Təşkilatın sədri Rövşən Ağamalıyevin verdiyi məlumata görə, müstəqilliyimizin 25 illiyi ilə bağlı həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bu yöndə istər hökumət qurumlarının, istərsə də vətəndaş cəmiyyətlərinin bir sıra təşəbbüsləri var. Ümumən bu kimi tədbirlər dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir: "1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bu gün bu müstəqillik Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xairici siyasəti ilə uğurla davam etdirilir. Ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir, bununla yanaşı əldə olunan iqtisadi uğurlar Azərbaycanın dünya ölkələri sırasındakı reytini daha da yüksəklərə qaldırıb. İstər SSRİ-nin istərsə də mənfur qonşularımız olan Ermənistanın müstəqilliyimizi gözü götürməməsi minlərlə igid övladımızın şəhid olması ilə nəticələnib. Bu gün o şəhidlərin qanı Azərbaycanın bayrağında olan al qırmızı rənglə ölçülür. Eyni zamanda onu da qeyd edək ki, ölkədə azad fikrin formalaşması, ictimai fəaliyyətin stimullaşdırılması istiqamətində atılan addmlar, qəbul olunan qərarlar QHT sektorunun daha da inkişafını şərtləndirir. Yüksək potensala malik olan QHT sektoru ölkədə keçirilən mühüm tədbirlərdə iştirak edir. Müəyyən təbliğat işlərini həyata keçirir. Məhz bu baxımdan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində QHT-lərin rolunun artırılmasına, QHT-lərin bu işlərdə daha aktiv olmasına ciddi zərurət var”. R.Ağamalıyev çıxışında start götürən layihədən danışıb. Bildirib ki, layihənın məqsədi Bakı şəhərində Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi ilə bağlı keçirilən tədbirlərə dəstək vermək, bu istiqamətdə QHT-lərin rolunu artırmaq və vətəndaşlar arasında ciddi təbliğat işi aparmaqdan ibarətdir. Onun sözlərinə görə, 4 ay həyata keçiriləcək layihə çərçivəsində Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyi ilə bağlı videoçarx (sənədli film) hazırlanacaq, hazırlanan videoçarxın (sənədli filmin) bir sıra internet TV-lərdə yayımı mütəmadi təşkil olunacaq. Eyni zamanda, xüsusi geyimli gənclər tərəfindən Bakı şəhərində döş nişanları pulsuz olaraq paylanılacaq. Bütün bunlarla yanaşı layihə çərçivəsində özündə dövlət müstəqilliyini ehtiva edən bukletlər çap olunaraq yayımlanacaq.