ANA SƏHİFƏ / RUBRİKA

15 avqust və aprel döyüşləri – DÖYÜŞ TARİXİ

33943    |   2016-08-15 13:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1992-95-ci illərdə Ağdam, Ağdərə, eləcə də Ağcabədi istiqamətində gedən döyüşlərdə iştirak etmiş Nəsirov Nadir Eldar oğlu Ağdam rayonu Gülablı kəndində anadan olub. "Döyüş tarixi”nin maraqlı eləcə də ağır keçdiyini xatırlayır:

Məzuniyyətə gedib gələndən sonra...

SSRİ hakimiyyəti dövründə hərbi xidmətini çavuş rütbəsi ilə başa vurub daha sonra Qarabağda gedən döyüşlərə Gülablı kəndindən seçilən 120 nəfər könüllüdən ibarət şəxsi heyətin sıralarına daxil olub. Vətən eşqi ilə barışmazlıq və haqsızlığa qarşı vuruşduğunu deyir qazimiz. İlk dövrlər qida təminatı üzrə rəis seçilən Nadir Nəsirov daha sonra rütbəsinə uyğun olaraq müdafiə bölüyünün komandiri olub. Bu tarixdən olan qalan yadigar isə əsgər yoldaşlarının şəhid olması, düşmən əsgərlərinin məhv edilməsi və eləcə də ömür boyu özünü bağışlamadığı həmin hadisə... Qazi məzuniyyətdən gəldikdən sonra onunla bir mövqedə dayanan iki nəfər əsgər yoldaşının birinin yaralanması və digərinin şəhid olması hadisəsi onu çox sarsıtdı: "Bu günə qədər hələ də özümü bağışlaya bilmirəm. Doğrudur, qədər-qismət nədirsə insan onu yaşayacaq, ancaq düşünürdüm ki, bəlkə də mən məzuniyyət götürməməliydim. Əgər qalıb orada vuruşsaydım, silahdaşımı itirməyəcəkdim. Nələrinsə qarşısını ala bilməməkdə özümü günahkar hesab edirəm. Kim nə deyir desin, mən onları xilas edə bilərdim”.

Bizdə qorxaq əsgər olmayıb...

"Müharibə fərqli bir auradır, bir əsgər o anları bir dəfə yaşadısa, bu onun üçün böyük sınaq deməkdir. Bu sınaqdan üzüağ çıxan qazi heç bir vədə geri çəkilə bilməz. Bizim bölükdə hətta hərbi hissə komandanlığı tərkibində bircə nəfər də olsun qorxaq, çəkinən əsgər görmədim. Qarabağ müharibəsi bizim üçün böyük bir məktəb olub. Çox şeyi öyrənmişik. Döyüş səndən düşüncələrini alır, konkret şəkildə irəli atılmağı düşünürsən halbuki. Həqiqət budur ki, qorxan əsgər döyüş qoxusunu bəlkə də hamıdan qabaq duyur və işini çox yaşı bilir. Hər cür duyğuları yaşayırsan, düşüncələrin qarışır və sən qərar verirsən ki, bunun sonu ya ölümdür, ya da xilas. Onun da fərqinə varırsan ki, qədər artıq səninlə oyun oynamağa başlayıb. Bu oyundan çıxış yoxdur. Çünki könüllüsən!” – Qazi danışır.

Hərbçi olmaq uşaqlıq arzum olub...

Bu şansı bir neçə dəfə dəyərləndirmək istəyib, lakin valideyn narahatçılığı onu arzularını reallaşdırmağa imkan verməyib. Nadir Nəsirov orta məktəbdə hərbi dərsləri də keçib. Azərbaycanda hərbi təhsilin çox zəif olduğunu dilə gətirən qazi gələcəkdə əgər müharibə başlayarsa, irəli atılan gənclərimiz olacağına inansa da, onların təcrübəsizliyindən narahatdır. O deyir ki, vətənpərvərlik hərbi dərslərə bağlı deyil, onu tarixdən, yaşadığı mühitdən, ailədən öyrənirsən, lakin əgər sən əl qumbaralarını, silahları tanımırsansa, döyüş anında yaralı əsgər yoldaşını xilas etməyi, ona ilkin tibbi yardımı göstərməyi, ən ekstremal vəziyyətlərdə davranış qayalarını bilmədinsə, özünü dağa-daşa vursan da xeyri yoxdur. "Təcrübə çox önəmlidir. Bu bilirsiniz nəyə bənzəyir? Birinin kitab oxumayıb alim olmaq iddiasına. Bizim vaxtımızda ölkədaxili, regionlar arası hərbi yarışlar keçirilirdi, kəndimizin şagirdləri mən də daxil olmaqla bu yarışların çoxunu qazanmışıq. Hər il SSRİ Müdafiə Nazirliyindən nümayəndə gələrək nümunəvi şagirdlərdən ibarət 5 nəfər seçib hərbi aviasiya kurslarına göndərirdilər. Mənə bu şans iki dəfə doğdu, lakin valideyn nəzarəti üstün gəldi və arzularım nakam qaldı. İndi həmin kurslarda iştirak edən və hal-hazırda yüksək rütbəli zabitlər olan tanışlarım var. Düşünürəm ki, mən də həmin kurslara qatılsaydım, tam fərqli bir həyat yaşayacaqdım. Ancaq uşaqlıdan qalan arzular bir gün insanı tapır. Elə oldu ki, Qarabağ savaşı başladı. Bu isə açılan bir yol - Döyüş tarixini - yazdı mənə”.

15 avqust...

Bu tarixi müsahibimiz tez-tez dilə gətirirdi. Deyir həmin vaxt bəlkə də ən ağır döyüş keçirmişik. 8 nəfər şəhidimizin olduğunu deyir. Amma düşmən tərəfi daha çox itki vermişdi: "Bax o zaman bizim orduda əsl əzmi və döyüş ruhunu görmək olardı. Bizim bölük 3 hissəyə bölündü, bir hissəsi Gülablı kəndi istiqamətinə göndərildi, digər hissəsi Ağcabədi istiqamətinə, mənim komandanlıq etdiyim əsgərlər isə ehtiyatda hər an əmri gözləyirdik. Lakin bu ərəfədə cəbhədən gələn məlumatları aldırdıq, düşmən helikopteri vurulanda və ya erməni quldurları itkilər verəndə bizim üçün məğrurluq stimul mənbəyi olurdu. Son 23 ildə ilk dəfə 15 avqustu xatırladan aprel döyüşlərinin şahidi oldum. 23 İLDƏN SONRA İLK DƏFƏ "TƏKRAR FİLM” İZLƏDİM SANKİ. Bu illər ərzində möhkəmlənən ordumuz, əsgərlərimizin döyüş ruhu məni təəccübləndirdi. Onların aprel döyüşlərində nə hisslər yaşadığını çox yaxşı bilirəm. Artıq inanıram ki, bunda sonra da belə döyüşlər baş versə, bizim narahatçılığımızın heç bir əsası olmayacaq. Yol çətin yoldu, gücümüz isə bəllidir artıq. Düşmən çox yaxşı bilir ki, kənar qüvvələr olmasa Ermənistan ordusu bizim ordumuzun ayaqları altında xışıl-xışıl olacaq”.

Rüfət Soltan




İmza:
SON XƏBƏRLƏR
2017-03-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK