adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Avqust 2016 12:53
7437
MƏMLƏKƏT
A- A+

İsmayıllıda turistlər üçün pulsuz “Wi-Fi” olacaq

İsmayıllı rayon Lahıc Bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbənin bazar küçəsində bələdiyyənin təşkilatçılığı ilə turistlərə pulsuz "Wi-Fi” internet xidmətinin göstərilməsinə başlanılıb.

Adalet.az Fins.az-a istinadən xəbər verir ki, bələdiyyənin yaydığı məlumata görə, bələdiyyənin əsas məqsədi gələn turistlərə göstərilən ximətlərin sayını və keyfiyyətini artırmaqdır.

Bələdiyyə iclasının qərarıyla artıq digər xidmət səviyyəsinin ölçülməsi üçün işçi qrupu yaradılıb.
Mütəmadi olaraq işçi qrupunun üzvləri turistlər arasında sorğu keçirərək xidmət səviyyəsini öyrənəcəkdir.