MƏKTUB…

ƏBÜLFƏT MƏDƏTOĞLU
48213 | 2016-08-12 17:59

Ağlım kəsəndən, özümütanıyandan özümə məktublar yazıram. Bilirəm ki, bu sadəcə mənim mənə təsəllimdi.Çünki o məktubları heç yerə göndərmirəm. Göndərsəm də, onu kiminsə oxuyacağına inanmıram. Ona görə inanmıramki, məktub yazan təkcə mən deyiləm. Əgər mənim arşınımla götürsək, bu məmləkətdə ən azı əhalinin yarıdan xeyli artıq hissəsiməktub yazır. Doğrudur, bunlar fərqli məktublardı. Amma hər halda onlar yazılırvə onlar hansısa ünvanlara göndərilir. Mən isə yazdığım məktubları ancaq özüməgöndərirəm. Düşünə bilərsiniz ki, bu necə olur? Onu da deyim. Yazdığım məktubuyazı masamın dolabına qoyuram. Növbəti məktuba qədər orada gözləyir. Sonra açıboxuyuram və onun yerində növbəti məktub növbə tutur…

Bu məktubu yoldanyazıram. Bakıdan 1200 kilometrlik bir məsafədən. Bunu da özümə yazıram. Özü dəçox nostalji duyğuların təsiri altında. Həyatın müxtəlif çalarlarını göz önünəgətirərək yazıram. Çünki dediyim bu məqamda mənim iç dunyamda bir təlaş başqaldırdı, bir çevriliş stressi yaşandı. Beləki, çox dəyərli, yetərincə tanınan, sayılan kordioloq Mustafa Göyçə üzümə baxıbbir anlıq dinmədi, susdu. Bəlkə də andan da az çəkdi bu susqunluq. Amma tutabildim onun susmağını. Sonra çöhrəsinə bir həkim təbəssümü gətirdi və o təbəssümlədə bircə kəlmə dedi:

- Heç özünü qoruyan adamaoxşamırsan.

Bunun ardınca həqiqətənsusdu və öz işiylə, yəni ürəyimi oxumaqla məşğul oldu. Mən onun andan da az çəkən susqunluğu və dediyi bir kəlməniildırım sürəti ilə bütün içimdən keçirdim. Yaşadıqlarımı, yaşaya bilmədiklərimi,həyatımı, olmuşları və olacaqları, bir də arzusunda olub, qovuşa bilməyəcəyimə əmin olduqlarımı düşündüm. Vəonda mənə elə gəldi ki, bu həyat deyilən,bu ömür deyilən hər nədisə o məkanda, o ərazidə mən heç nəyə sahib ola bilməmişəmvə heç harda, heç nədə yerim, heç kimdə xatirəm yoxdu. Bircə olsa-olsa səndənbaşqa. Ona görə «olsa-olsa» deyirəm ki, mən səni daha çox sevincli, qayğısızgörmək və o günlərin içərisində yaşamaq haqqından istifadə etmənə çalışmışam,arzu etmişəm. Bilmirəm, bunlar alınıb yoxsa yox, amma etiraf edim ki, bədəniməqoşulmuş müxtəlif kordioloji apparatların yaratdığı görüntülər mənim üçün o anda heçbir əhəmiyyət daşımırdı. Çünki hər yerdə ancaq səni düşünürdüm. Son sözü, sondüşüncələri, son istəkləri sənə çatdırmaq istəyirdim. Bəlkə də bu hardasagücsüzlükdü, acizlikdi. Bəlkə də elə lap qorxaqlıqdı. Nə deyə bilərəm ki? Ammahər halda mən bunları yaşayırdım. Yaşadıqlarımın da bir ucu sənə gedib çatırdı.İstəyirdim ki, bütün bunları biləsən,duyasan, hiss edəsən.

Elə bu yerdəcə mütləqvurğulamalıyam ki, yazdıqlarıma görə kimlərsə məni qınayacaq. Buna əminəm. Nostalji hissləri, duyğuları qabartdığıma görə, mənə yanakıda baxacaq. Hətta kimlərsə daha çox ürəyə qulaq asdığıma, hisslərə, duyğulara təslimolduğuma görə məni asıb kəsəcək. Açıq şəkildə fikirdən, düşüncədənyararlanmadığıma, ağıla üstünlük vermədiyimə görə, ünvanıma dilinin ucunda olanhər şeyi deyəcək. Olsun. Elə bu mövzu barəsində dilimdən qaçırdığım bir sözəgörə, dərhal təpki almışam, o da yadımdadı. Həmin təpkini göstərən mənişairlikdə, duyğusallıqda hisslərə təslimolmaqda qınayıb, bunların nə zaman ötüb keçəcəyini söyləmişdi. Mən bilmirəm o, nə qədər haqlıdır. Amma bildiyim bircə odur ki, mənimdünyam duyğuların, hisslərin üzərində,içində, aurasındadı. Ordan kənarda mən yoxam, mövcud deyiləm…

Qayıdıram yenə həmin onöqtəyə, yəni xəstəxananın kordioloji şöbəsinin xüsusi odasına. O yerə ki,orda bir məktub yazdım. Yazdım ki, oxuyasan. Bilmirəm, aldın yoxsa yox. Eləbilmədiyimə görə də özüm etiraf etməliyəm.Axı o məktubu sənə göndərməmişəm. İndi pıçıldayacam.

Hər gün

hər saat

hər an

əmin edirəm

inan

mən

özümdən özümə

yazdığım məktublarla

yoldayam -

ünvanına gəlirəm…

yetişib yetişmədim

onu bilmək istəsən

gözünün altıyla bax

ürəyin olan yerdə -

soldayam!

yəni

qısa söyləyim

ürəyin hardadırsa

məktubumla birlikdə

elə, mən də ordayam!..

***

Bakıdan 1200 kilometruzaqda… Səndən 1200 kilometr uzaqda və bir də həmin o məsafənin hamısını qətetdiyim bir anda ağlımdan min cürə fikirlər gəlib keçir. Onların baş xətti, əsasmövzusu olum və ölüm. Təbii ki, bütün insanlar üçün «olum və ölüm» həyatınsualıdı. Həyatda ki, insana bir dəfə verilir. Deməlielə o sual da elə bir dəfə cavabını alır. Mən bu yazdıqlarımın arxasındadayanan məntiqə söykənərək belə bir qənaətə gəlmişəm ki, insan yaşlandıqca həyata, dünyaya, elə yaşamın özünə də münasibəti,baxışı dəyişir, cilalanır, müsbət və mənfi nüanslar daha gerçək, daha aydın şəkildəortaya çıxır. Və hər kəs də görə-görə gəldiyindən hər gün bir az da yaxşı, bir az da fərqli nələrəsə çatmağa, qovuşmağa çalışır.Bax, bu yerdə həmin o ürək öz sözünü o qədər ustalıqla pıçıldayır ki, heç cınqırını da çıxara bilmirsən. Çünki müəyyən mənadayumruq boyda ət parçası olan ürək əslində elə insanın bütövlüyüdü, insanınyaşamının qarantıdı. Dediklərim nəyinsə kəşfi deyil, nəyinsə yeni təqdimatıhesab oluna bilməz. Bunlar hər kəsə məlumdu. Lakin bütün bəlli olanların mütləqbir görünməyən, bəlli olmayan tərəfi də var. Böyük Bəxtiyar Vahabzadə demişkən,«İnsan göydə Ay kimidi, görünməyən tərəfi var».

Hə, yaşananlar başa gələnlərdideyiblər. Mən bu yazını bilgisayara diktə etdiyim ana qədər həmin o 1200 kilometrlik məsafənidəfələrlə gedib-qayıtdım. Xatırladım hərşeyi – gördüklərimi, eşitdiklərimi, toxunub təmasda olduqlarımı, yaddaşımaköçürdüklərimi, bir sözlə, hər şeyi. Xüsusilədəyərli Əhməd bəyin mələklərə məxsus bütün keyfiyyətlərini düşünə-düşünə,ona cavab ola biləcək nələrisə özümdə tapmaq çabasıyla çox var-gəl etdim. Lakinbildiyim, dərk etdiyim o oldu ki, mənə hopanlar, mənim həm qazancım, həmyükümdü, boynumdakı haqdı. Mənm edə biləcəklərim isə indiki halda sadəcə xəyaldı,arzudu. Ancaq bu zaman kəsiyində mənim sözümün, misramın, qələmimin kağıza köçən hər toxunuşu bu içdünyamı təlatümlərdən, ağrılardan uzaq tuta bilmədi. Mən bəlkə də ölçüsü, həcmimövcud olmayan stressin içərisində birdaha anladım ki, kiməm, nəçiyəm və kimliyim, nəçiliym hamıya, xüsusilə sənə nəverir? Bax, bu sual indinin özündə də mənim üçün təkcə narahtçılıq yox, həm dəbir bağırtı kimi ipə-sapa yatmır. Bəlkə də onun susması, onun öz ilkinliyinəqayıtması artıq heç nəyi dəyişməyəcək. Amma sən bir dəyişiklik istəyirsən, birdəyişiklik gözləyirsən. Bunun olması mümkünsüz. Əvəzində mən sənə bupıçıltıları göndərirəm.

Vücudumu sevgiyə

Nöqtə-nöqtə bölmüşəm…

Sən məni rahat ağla -

Elə bil ki, ölmüşəm…

Nə səsn titrəməsin,

Nə dodağın əsməsin…

Ölümüm yaşamağa -

Ümidini kəsməsin…

Sən məni rahat ağla

Fərqlənsin ağlamağın

Kirpiyinin ucunda -

Donmuş yaş saxlamağın…

Dilindəki ağını

Sər üstümə çiçək tək.

Ruhumu sevindirən -

Kövrək bir bayatı çək.

Əzizim təklənmişəm

Şumlanıb ləklənmişəm.

Ortada ayrılıq var -

Ölümdən şəklənmişəm…

Sən məni rahat ağla

Ölənlə həyat bitmir…

Bir xatirə, bir sevgi -

Ölənlə birgə getmir…

***

Bütün yollarda dayanacaqlar var, məsafəsindən asılı olaraq. Amma mənə eləgəlir ki, məsafəni qısaltmaq da mümkündü, dayanacağı qabaqlamaq da. Çünki ürək ağıla, ağıl ürəyə qarşı olanda qalibhisslər olur, duyğular olur. Və mən də bunu özüm üçün bir əminlik halına gətirmişəm.Şübhə etmirəm ki, sonda mən duyğulara, hisslərə tabe olacam, onların istəyini gerçəkləşdirəcəm…

Bir də ki, dünyanın istənilənnöqtəsində bir günlük, beş günlük, lap uzun müddətli yaşamaq, sığınmaq olar. Bu,xilas deyil, bu özündən qaçmaqdı. Amma özündənhara qaça bilərsən ki? Bir halda ki, özümdən özümə məktublar yazıram, onda özümözümdən necə qaça bilərəm?

Deməli, bütün hallarda məniöz təsiri altında saxlayan, məni öz aurasından çıxmağa qoymayan ürəkdi. Mənonun əsiri, onun girovuyam. Ona görə də sözüm də, lap elə səsim də onun ritminə,onun ahənginə köklənir. Baxıb görürəm ki, yıxılmışam, yerdəyəm. Və gücüm ancaqona çatır. Üzümü tutub deyirəm:

- Əyilmə! Amma qaldır məni!Rica edirəm, qaldır məni, ürəyim!

Hə, nə olur-olsun məniminancıma və ürəyimə görə, ürək qalibdi. Çünki:

Ürəyim

və ağlım

bütün gücüylə

məni

dirəyib divara

para-para

gilə-gilə

olmuş kimi

toplaya

bilmirəm

özümü bir yerə…

səbəb soruşma,

günah

və ya günahkar

axtarma

çünki bütün bunlar

bir yaşanmayan

qarşılığı olmayan -

sevgiyə görə

çıxarılmış

qərardı!...


TƏQVİM / ARXİV