ƏSGƏRİN ARZULARI

RÜFƏT SOLTAN
47256 | 2016-08-10 14:34

Əsgərin çoxarzuları olur. Bəziləri maşın arzusunda, bəziləri biznesmen olmaq xəyalları iləyaşayır. Silahı çiyninə alıb postda dayanmaq gələcək barədə təsəvvürlərinaydınlandığı əsl məqamlardan biridir. Vəyaxud da fasilə zamanı bir əsgər digər əsgəryoldaşlarına gələcək planları barədə danışıb söhbətləşirlәr. Şərt o deyil ki,bunlar hamısı olacaq, xeyr, bəzən əlçatmazmühitlərdə xəyallar qurmaq nail olmaqdan qat-qat üstün və əyləncəlidir.Yaşamışam, görmüşəm. Taqımımızda sevdiyi olanlar da olub, həsrət çəkirdilər,imkanlı ailənin övladları da olub maraqlı və bahalı fantaziyalar qururdular vənəhayət ali təhsilli "qocalar”ımız da vardı, bax onlar da film kimi karyeradalınca qaçırdılar. Bütün bunlar və daha artıqları Nəzarət Buraxılış Məntəqəsindənhərbi biletini alıb doğmalarının yanına qayıdana qədər mümkünlüyünü saxlayırdı.Elə ki aylardır görmədiyin darıxdığın ailə mühitinə qayıtdın, deməli, arzular limanında batan gəmini izləməliolursan.

Əsgərə bağlamagələndə orada mütləq bir qeyd dəftərçəsi də olmalı idi. İllərdir məktəbdə ədəbiyyatoxumayan, şeir əzbərləməyən və nəticədə ali məktəbə daxil olmayıb hərbi xidmətəyollanan bu "balaca”lar indi qələmi əlinə alıb şair olur. Amma onu deyim ki, hərbixidmət dövründə çoxlu sayda istedadlar üzə çıxır. Söz sənətindən anlayışıolanlar şahidi olur ki, neçə maraqlı bəndlər, təsirli sözlər var qeyd dəftərlərində.Və bir də görürsən ki, günün günorta çağında Qərargahdan yoxlama gəlib sənəsürpriz edir. "Üst-baş yoxlanışa!” və s. Mayor görür ki, cibində qaralamsaxlamısan, alır əlinə baxır və bu qədər mənalı sözlərindən heç bir şeyanlamayıb bunu təxribat kimi boynuna yazır. Nəticədə düşüncələrinin və qələmininbəlasına düşürsən. "Day-day”ın varsa bu işi asanlıqla yoluna qoya biləcəklər,amma o qeyd dəftəri getdi bir də gəlməz. mülki həyata qayıdııb gerçəkləşməkdən əliniüzdüyün arzuların kimi. Bir dəfə mənim dəbaşıma belə bir hadisə gəlmişdi. Artıq 3-cü qeyd dəftərimi bitirmək üzrəydimki, evə göndərim. Amma posta dayanan zaman qəfil yoxlamanın tələsinə düşdüm. Təcrübəlimayor "Sonuncu” qeyd dəftərimə baxıb ilk səhifəsində gördüyü cümləni oxuduqdansonra nə düşündüsə, elə həmin an məni təxribatçı kimi qələmə verib birbaşaQәrargaha apardı. Sizə də maraqlıdırsa deyim həmin ilk səhifədə nə yazılmışdı:ƏSGƏRİN ÖLÜMÜ HADİSƏ, ZABİTİN ÖLÜMÜ FACİƏDİR.

Bu hikməti sözüillər əvvəl hələ uşaq ikən haradasa eşitmiş, yaxud oxumuşdum. Hələ yadımdadırbir ziyalı adam da mənə onun mənasını izah etmişdi. Yəni başdansovdu istifadəedilmiş kəlam deyil. Onda bir məna olduğunu çox yaxşı başa düşürdüm. Ancaq mayorumuzun bunu anlamayaraq təxribatadlandırması məni çox təəccübləndirdi. O cümlələri oxuyarkən mən əksini düşünürdüm. İndi mənə sığal çəkəcək və gənc ziyalı kimi şifahi tərif yağdıracaq. Həqiqətənbelə düşünürdüm, lakin belə olmadı.

Xoşbəxtlikdənxidmət etdiyim "N” saylı hərbi hissədə qulluq edən zabitlərdən biri tanışımçıxdı və bu təxribat quyusundan məni dartıb çıxara bildi. Sağ olsun!.. Ammadediyim kimi o gedən dəftər bir də geri qayıtmadı. Sonuncu əmanət daha dəyərliolur deyirlər. Ola bilsin ki, elə sonuncu olduğu, daha sonra belə bir qeyd dəftəriolmayacağı üçün bu qədər dəyərli sayıla bilər. Görkəmli yazıçı Viktor Hüqonunbir kəlamı var: "Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyər şeyləryazın, ya da yazılmağa dəyər şeylər yaşayın”. Hər kəsin həyatında müxtəlifmühitlərdə fərqli dəyərləri var. Məhz əsgərə də hərbi mühitdə yeganə qalan dəyərelə bu qeyd dəftərləri olur. İnanın mənə, Müdafiə Nazirliyi son illərdə hərbiqulluqçularımıza yüksək dəyərlәr verib, qidalanma şəraiti yüksək səviyyədədir,silah-sursat kifayәt qәdәr, hərbçilərin maddi-məişət təminatına isə söz olabilməz, ancaq 1 il və ya bir il yarımlıq xidmət dövründən sonra əsgərə nə qalırdeyə soruşsanız, vicdan, əzm, dünyagörüşü və qeyd dəftəri.

Xəyallar,arzular bəzən də xülyalar, sənin ola bilməyəcək sevdiyin qız və saydığın günlərbu qeyd dəftərində həkk olunan mövzulardır. Hərçənd qayıtdıqdan sonra onu cırıbata da bilərsən, bu sənin təbii haqqındır. Lakin Hüqonun dediyi kimi nələrəsə həyatındadəyər verən birisənsə, gerçəkləşdirə bilmədiyin arzu və xəyallarını hər zamanxatirə olaraq yanında saxlayacaqsan. Çünki onlar səninlə bərabər qurtarmaq bilməyənxidmət günlərini sayıblar.

Elə bir əsgəryoxdur ki, hərbi xidməti dövründə gün saymasın. Gün saymaq psixoloji olaraq hәrbir hərbi qulluqçunun ayrılmaz parçasıdır. Hərbi xidmətdə günlərini təkcəsıravi əsgərlər saymır elə "Maxe”sindən tutmuş zabitinə kimi hər kəs vaxtötürür. Qeyd edim ki, bunun vətənpərvərliklə heç bir əlaqəsi yoxdur. Birpatriotun gün saymağı onun təbii haqqıdır. Düşmən nifrəti bizdən daha güclü, vətənəsədaqəti müqayisə olunmayacaq qədər mərd oğullarımız belə hərbi xidmətdə hərgünü təntənə ilə yola salırdılar. Çünki nəticədə onların da arzuları və xəyallarıvar.

Bilirsinizmi, bəziyoldaşların arzuları elə əsgərlik dövründəcə quma gömülür?

Bunun dəfələrləşahidi olmuşam, postda dayanarkən bəd xəbər eşidənləri, bir telefon zəngi iləqara xəbərə şahid olanları, qısası doğmalarından kimisə itirənləri və özü şəhidolanları. Bundan sonra həmin qulluqçu nәinki arzuları qalır, heç xülyalar daqura bilmir ki, bilmir. Anan ölsün bala deyəndə gedib şəhid olan oğullarımızlayoldaşlıq etmək hər adama nəsib olmur. Aylarla bir məkanda vətən üçün çaba göstərdiyin,günlərcə bir boşqabdan yemək yediyin, dost olduğun biri sabah torpağı uğurundaqəhrəmancasına şəhid olanda insan sanki bir neçə yaş daha böyüyür. Müsahibələrimdəbir çox veteranlarla, qazilərlə maraqlı söhbətlərimiz olub. Diqqət yetirmişəmki, hər bir qazi söhbətə başlayanda ilk xatirəsi şəhid olmuş əsgər yoldaşlarıilə bağlı olur. Fəxarətlə danışıb kədərlə cümləsini bitirirdi qazi.

Şəhid oldunsaonda arzular da sənin ruhuna qarışıb göylərə sovrulur. Yəqin ki, şəhid cənnətdəhəmin arzularını yaşayır. Ön xəttə qulluq etmək o deməkdir ki, bu gün, ya sabahsavaş başlaya bilər. Heç kim ölümdənsığortalanmayıb orada. Bax elə buna görə də əsgərlikdə olmayacaq şeylərinarzusu sadəcә arzu olaraq qalır. Əsgərin arzusu sadəcə arzu olaraq qalır!

Rüfət Soltan


TƏQVİM / ARXİV