adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Avqust 2016 12:35
37236
HÜQUQ
A- A+

Məhkəmə rəisin şikayətini təmin edib

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nüşrəvan Səfərovun apellyasiya şikayətinə baxılıb.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məhkəmə şikayəti təmin edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş yeni baxışa qaytarılıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsi Aqşin Alxazovun İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokolu və ona əlavə edilmiş sənədlərin Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə geri qaytarılması barədə qərar qəbul edib.

N.Səfərov isə həmin qərardan şikayət verib.