Aqil Abbas: ALLAH DA AKİF İSLAMZADƏYƏ QULAQ ASIR

AQİL ABBAS
199381 | 2016-08-08 17:01

Akif İslamzadəyə qulaq asanda o dünyanı görüb gəlirəm. Və Akifİslamzadənin ilahi səsinin məni apardığı o dünya o qədər qeyri-adi, qələməgəlməz, təsvirəgəlməz və o qədərmaraqlı bir dünyadırki, elə hərdən bu dünyadan bezəndə(bu datez-tez olur) Akifə qulaq asıb çıxıb gedirəm o dünyaya. Akifin səsi tuturqolumdan aparır o dünyada bir bulaq başına. Sonra əlini salır çəkir ürəyimi çıxarır,sıxır içində nə qədər zəhərlənmiş qan var hamısınıaxıdır, sonra bulağın gözündə təmiz-təmiz yuyur, qaytarıb qoyur sinəmə. Deyir,yazıqsan, get hələyaşa. Deyir, hələ yaşamağa dəyər bir az da. Deyir hələŞuşaya gedəcəyik, bayraq sancacağıq, nə tələsirsən?

Eh, Akifİslamzadə, o nənəsi ölməli olan Sarı gəlinin nənəsinin günahı yox idi ey, özü maa gəlmədi. Sevdi məni,amma gəlmədi. Dedi, şairlər sevilmək üçündü, ərə getmək üçün deyil.Dedi, şairsən deyin gedib mən kirəkeş evlərdəcanımı çürüdə bilmərəm. Dedim, ruhən varlıyam. Dedi, ruhunu yemək olmur, geymək olmur, içməkolmur, nə də ruhununiçində

yaşamaqolmur. O ruhun, o sən,get kefini elə. Mən də ovaxtdan ruhumu götürüb kef eləyirəm.Heç indi onu qınamıram. Və hətta şer də yazdım ki,lap Allahın özüylə də bu kirəkeş otaqlardagül ömrünü çürütməyə dəyməzmiş. İndi şairləri sevib özgəsinə gedən qızları qınamıram,

şairlərsevilmək üçündü. Məkkə torpağı tək öpülüb göz üstünə qoyulmaq üçündü. Elə Akif İslamzadə kimi.

Məni sevib

özgəsinə gedən qız,

Heç nənən də ölməsin!

Akif İslamzadə, neçə illərdi haistəyirəm sənin səsindən, səsiyin məniapardığı dünyadan nə isə yazım, yaza bilmirəm. Gücüm çatmır. Bəlkədə gücüm çatar ey, amma "burası Şuşa olmayan"dünya qoymur. "Burası Şuşa olmayan"dünyada o qədər dərd, kədər, ağrı, xəyanət,çirkab. Hansı ilə mübarizə aparasan? Ramiz Rövşən demiş:

Bilsək dünyayagəlməzdik,

Analar aldatdıbizi.

Hər haldabizi aldadıb bu dünyaya gətirənananın günahı bağışlanandır. Bəs bizialdada-aldada öldürənləringünahını hara yazaq? Bəs bizi çərlədə-çərlədə öldürənləringünahını hara yazaq? Deyirəm, nə yaxşı sən varsan ey, SəttarBəhlulzadə var, Füzulivar,

Üzeyirbəy var, Qara Qarayev var, Bəxtiyar Vahabzadə var, dünyada Sara Qədimova qədər ilahi səsi olan başqa birsənətkar tanımayan Məmməd Araz var, Alim Qasımov var, Qədir Rüstəmovvar... Yoxsa çoxdan bezin qırağını qatlamışdıq. DeyirlərAllahın bizə yazığıgəlmir. Yalan sözdü, Allahınbizlərə yazığı gəlməsəydi,sizləri öz məkanından hərənizə bir 60, 70, 80 il, bəzənlap 25 il ömür verib bu dünyayagöndərməzdi.

Allah budünyanı təmiz yaratmışdı. Sonra murdarlandı,çirkaba batdı. 124 min peyğəmbər göndərdidünyanı çirkabdan təmizləməküçün. Və sizləri göndərdi. Və sizlərdə olmasa, bu dünya Zimbabveyə dönər. Allahınbizlərə yazığı gəldiyindən sizlərinəlinizlə qoymur dünyanı Zimbabveyə dönməyə. Şükür, ilahininqüdrətinə!

Hacı Arif bir toydaymış. Biri babat vurandansonra gəlir durur Hacının qarşısında, deyir, məni tanımadın?Deyir, tanımadım. Necə ola bilər ki, mənitanımadın? Tanımadım də, qardaş. Axı, niyə tanımadın,yadına düşür 72-ci ildə Gədəbəydə Məmmədin toyunda sən oxuyurdun, mən də bəyin sağdışıydım. Hacı gülüb deyir:

- Bağışla, qardaş, mənim səhvim,böyük günahım, səni tanımadım.

İndi o Gədəbəydəkidostumuzun sözü olmasın,yadından çıxmayıbsa, 1981-ci ildəmənim toyumu da sən eləmişdin. Mən Qədiri istəyirdim, Məmməd Araz səni. Qorxdum, razılaşdım.Dedim birdən qızı verməz.

Akif İslamzadə,o ilahi səsiyin xeyir-duası19 ildi üstümdədi.O ilahi səsiyin xeyir-duasıdı ailə xoşbəxtliyim.

Akif İslamzadə,sənin səsin batmayıb. Sənin səsin Allaha oqədər xoş gəldi ki, götürüb apardıöz məkanına. Allahın da dərdi var, nə olarAllah olanda. Biz bəndələri Allaha dərd yaradır. Və onda sənin səsinə qulaq asır.Və bu dünyada heç kim bilmir ki, Akif İslamzadəninsəsi olmasa,Allah bir gün əsəbiləşib dünyanı Zimbabveyə döndərər.

Akif İslamzadə,Qaçay Köçərli Qədir Rüstəmova deyir ki, səsini yaramın üstünə bağlayım. Şair qardaşımız Vətən yolunda qeyrətlə vuruşub qeyrətlə şəhid olan balasının təsəllisiniQədirin səsində tapır. Sizlərin səsiniziyaramızın üstünə bağlayırıq, Akif İslamzadə!


CavanlıqdaSəttar Bəhlulzadənin əsərlərinə baxandansonra demişdim ki, bu əsərlər gözlə görünən musiqidi.Mən o əsərlərigörmürəm, eşidirəm, hər rəngin, hər çaların səsinieşidirəm. Özü də vallah,dəli-filan deyiləm. Akif İslamzadə, mən sənin səsinieşitmirəm,

görürəm.Min bir rəng görürəm sənin səsində, beləqaynayır. Amma su kimi qaynamır ey, od kimi qaynayır, dağın başındavulkan qaynayıb od püskürür ha, bax elə. Sonra bu od axır, belə çay kimi, vulkanınlavaları kimi. Vulkanın lavaları qarşısına nə keçsə, hamısını yandırıb

kül eləyir,məhv eləyir. Sənin səsindən axan o od içimizdəkipislikləri məhv eləyir, fərqi budu.

Mən səninsəsini eşitmirəm (bağışla"sən" deyə müraciətedirəm), görürəm. Daşaltı çayında üzən pırıl-pırıl balıqlarkimi görürəm, Gülablı meşələrindəkibənövşələr kimi görürəm, Kirsin başındakıduman kimi görürəm. Qurban ola bilmədiyimiz Laçın kimi görürəm. Dəli dağdabir gündə beş dəfə açılıb-tutulan göy üzü kimi görürəm. Bəlkə də heç

kəs inanmayacaq,durub "Qur'an"a and içəsi deyiləm ki!

Akif İslamzadə,çox istəyirəm sənin gördüyüm səsindən nə isə yazam,amma yuxarıda dediyim kimi, hələ yaza bilmirəm.Günlərin bir günü yazacam.

Dilxorolma, Akif İslamzadə, dilxor olma səsinin batmağına.Səsin Allahın məkanındadı. Və Allahı bəndələrinindərdi götürəndə sənin səsinə qulaq asır. Günlərin bir günü sən də gedəcəksənAllahın məkanına (Allahın məkanına yalnız o məkandan yer üzünə göndərilənlər

qayıdır)və onda görəcəksən ki, səsin orda-Allahın yanındadı.Çox istərdim mən də Allahın məkanına gedəm, neçə ildi həsrətiniçəkdiyim səsini görəm. Amma kimdi məni ora buraxan?

Mənimki uzaqbaşı Ağdamın Qarağacı qəbristanlığıdı. Sonda. Akif bəy, sizi ad gününüzmünasibətilə öz adımdan və qəzetimizin oxucuları adından təbrik edirəm və sizəAllahın məsləhət bildiyi qədər ömür arzulayıram. 

Bakı 2000-ci il

TƏQVİM / ARXİV