adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Avqust 2016 12:42
11895
ƏDƏBİYYAT
A- A+

Məşhur rus yazıçısı milyonçular adasında

Rusiyanın Avropada ən tanınmış yazıçılarından olan Lena Lenina milyonçular adası sayılan Sen-Bartda dincəlir. Maddi vəsaitdən korluq çəkməyən Lenina bu dəfə öz cibi ilə deyil, zəngin pərəstişkarının sayəsində fransız "xalqı" ilə kef edir. Deyilənə görə, Xristofor Kolumb tərəfindən kəşf ediləndən bu yana "lordlar palatası”na çevrilmiş bu ada daim elit qonaqları ilə fərqlənib. Krallar, şahzadələr, sonrakı dövrlərdə prezidentlər, oliqarxlar, məşhur ulduzların seçimi olan bu adada qapılar açarla bağlanmır, hətta ləl-cəvahirat əşyaları evin ortalığına qoyulur. Çünki burda hamı elit milyonçudur. Qulluqçular da xüsusi təlim keçdikdən sonra işə götürülür.

Lenina isə qraf əri Paskaldan ayrılandan sonra ikinci vətəni sayılan Fransada özünü təkcə qələmə vermək istəməyib. Qələm gözləyə bilər, gənclik isə gözləmir.

Qeyd edək ki, Lenina Fransada çox sevilən yazıçı, aktrisa, model, teleaparıcıdır. Gözəl xarici görünüşü sayəsində bir çox reklamlara çəkilib, nüfuzlu dərgilərin üz qabığını bəzəyib. Lena həm də, Fransa və Rusiyada teleşouların aparıcısı olub, şəxsi biznesi var. Özünün dediyinə görə 1979-cu ildə, düşmənlərinin dediyinə görə 1974-cü ildə, bəzi faktlara görə isə 1977-ci ildə Sibirdə, alimlərin yaşadığı qəsəbədə doğulub. Ana və atası həkim, tədqiqatçı alimlərdir. Fransızdilli məktəbi bitirib, uzun müddət Fransada yaşayıb. 10 kitab müəllifidir, onlardan 5-in bestsellerdir. Kitabları daha çox seksual mövzularda olduğu üçün diqqət mərkəzinə düşüb.