Yeddi notun səkkizinci bayramı

ETİBAR CƏBRAYILOĞLU
58439 | 2016-08-06 10:52



Musiqi səma ilətorpaq arasında bir ahəngdir. İndi adını xatırlaya bilmədiyim filosofun bufikrində hər şey necə də dəqiq ifadə olunub. Bu sehrli ahəng insan ruhunuqidalandırır, onu mənənən zənginləşdirir. Heç bir sərhəd, dil və din baryeritanımayan musiqi bir-birindən fərqli mədəniyyətləri yaxınlaşdırır.

Hər il ənənəviolaraq Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalının əsas məqsədlərindənbiri də bu narahat dünyamızda müxtəlif mədəniyyətləri bir araya gətirmək,musiqinin ecazkar dili ilə insanları daha da yaxınlaşdırmaqdır. 2009-cu ildənstart götürən bu klassik musiqi bayramı Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyətvə Turizm Nazirliyinin dəstəyi ilə reallaşır.

Dünyanıntanınmış solistləri, musiqi kollektivləri, məşhur orkestrləri Azərbaycanın dilbərguşələrindən sayılan Qəbələdə bir səhnəni bölüşür, repertuarlarındakı ən gözəl əsərləritamaşaçılara təqdim edirlər. Beynəlxalq Musiqi Festivalında Azərbaycan bəstəkarlarınınəsərləri dünyanın musiqi inciləri ilə yanaşı səslənir, zəngin mədəniyyətimizgeniş təbliğ olunur.

Mədəniyyətlərarasıdialoqa töhfə

VIII BeynəlxalqMusiqi Festivalının rəsmi açılış mərasimi iyulun 30-da baş tutub. Qəbələ şəhərindəkiHeydər Əliyev Konqres Mərkəzinin qarşısındakı meydanda əsl bayram yaşanıb. Açıqsəma altında quraşdırılan səhnədə möhtəşəm musiqilər səslənib.

Təntənəli açılıştörənində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO vəİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarınatəbriki oxunub.

"... Bizimfestival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bugün qala divarlarının məbədlərinin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvidövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır...

...Qəbələ artıqtanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeridir.Festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyəçevrilib. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi budostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunubsaxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət vəəməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinəöz töhfəsini verir.

Əminəm ki,indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlikhissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir..."

Bu fikirlərMehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı məktubdandır.

Məktubda qeydolunduğu kimi, bu ənənəvi tədbir ölkəmizin vəCənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilə bilib.

Festivalınaçılışı günü səhnəyə ilk olaraq Azərbaycan Dövlət Simfonik Orkestri çıxıb. Xalqartisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin,Fikrət Əmirovun, Niyazinin əsərləri səslənib. Gecəyə toplaşanlar orkestrinifasında Cakoma Puççininin, Cüzeppe Verdinin musiqilərini maraqla dinləyiblər.Xalq artisti Samir Cəfərovun və gənc ifaçı Aytac Şıxəlizadənin çıxışları açılışmərasiminə rəng qatıb.

Daha sonra səhnəyəAzərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxıbvə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Qəbələdə ənənəvi keçirilənbu musiqi bayramının əhəmiyyətindən danışıb. Festivala xüsusi qonaq statusundaqatılan görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlu repertuarındakımahnılardan bir neçəsini tamaşaçıların alqışı altında səsləndirib. Onu da vurğulamaq yerinə düşər ki, konsertdəsənətkar Dövlət Simfonik Orkestrin müşayiəti və oğlu Murtuza Bülbülündirijorluğu ilə çıxış edib.

Qəbələdə təşkilolunan bu musiqi bayramına maraq ildən-ilə artır, festivalın coğrafiyası dagenişlənir. Qəbələ VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşıTürkiyə, Rusiya, ABŞ, Fransa, İspaniya, İtaliya, Avstriya, Bolqarıstan, İsrail,Ukrayna, Kuba və Litvadan olan musiqiçilər, tanınmış solist və dirijorlar,orkestrlər iştirak ediblər.

Dağlardaəks-səda verən klassik musiqi

Ölkərəhbəri bu ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Bununlabağlı müxtəlif tədbirlər keçirilir. Qəbələdə təşkil olunan Beynəlxalq MusiqiFestivalı da ölkəmizdə multikultural dəyərlə necə böyük önəm verildiyini birdaha sübut edir. Bu böyük musiqi bayramı çərçivəsində müxtəlif ölkələrin,xalqların musiqiləri səslənir, mədəniyyətləri təbliğ olunur.

Avqustun2-də səhnə festivalın qonağı - Kubanın "Jovenes Clasikos Del Son"ansamblının ixtiyarına verilib. Əsası hələ 1904-cü ildə qoyulan bu ansambldaistedadlı solistlər, bacarıqlı musiqiçilər toplaşıb. Onlar Kuba musiqisininyeni qüvvəsi kimi ölkələrini dünyada təbliğ etməyə çalışırlar. Ansamblınfestivaldakı rəngarəng çıxışı tamaşaçıların xoşuna gəlib.

Ertəsigün Ukraynadan dəvət olunan musiqiçilər öz məharətlərini göstəriblər. Dünyaşöhrətli musiqiçi Dmitri Yablonskinin musiqi rəhbəri olduğu "Kiyevvirtuozları" Orkestri qəbələli tamaşaçılara yaxşı tanışdı. Bu nüfuzluorkestr dəfələrlə Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edib, dünya və Azərbaycanbəstəkarlarının əsərlərini məharətlə səsləndirib. Bu dəfə isə orkestrin üzvləriİohann Bramsın yaradıcılığından seçmələr ifa ediblər. Bolqarıstanlı EmilTabakovun dirijorluğu ilə keçən maraqlı konsertdə Dmitri Yablonskinin və Yerusəlim Simfonik Orkestrininkonsertmeysteri Janna Qandelmanın ifaları alqışlarla qarşılanıb. Yeri gəlmişkənonu da qeyd etmək yerinə düşər ki, Dmitri Yablonski VIII Qəbələ BeynəlxalqMusiqi Festivalının bədii rəhbəridir.

Qısaömrün akkordları

QəbələBeynəlxalq Musiqi Festivalı əcnəbi qonaqlara Azərbaycanın görkəmli bəstəkarlarınınəsərlərini çatdırmaqla yanaşı, yerli tamaşaçılara dünyanın klassik sənət inciləriilə tanış olmaq fürsəti yaradır. Ənənəvi olaraq festival çərçivəsində yubiley vəxatirə tədbirləri keçirilir.

Avqustun2-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında ölkəmizinAvstriyadakı səfiri olmuş Fuad İsmayılovun xatirəsinə həsr edilən konsertdəduyğulu anlar yaşanıb. 2011-ci ildə dünyasını dəyişən gənc diplomat Fuadİsmayılovun xatirəsinə yaradılan "Gələcəyə doğru" Xeyriyyə Fondu gəncistedadlara qayğı göstərir. 2013-cü ildə bu fondun təqaüdçüsü seçilən gəncpianoçu Müşfiq Quliyev xatirə konsertində Baxın, Şopenin, Listin əsərlərini ifaedib.

Festivalgünlərində Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi də keçirilib. Qəbələ şəhərindəki"Qafqaz Resorte" otelində düzənlənən müsabiqədə ölkəmizi və Rusiyanıtəmsil edən gənc pianoçular öz istedadlarını nümayiş etdiriblər. Onlarınçıxışlarını Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk,Oksana Yablonskaya kimi görkəmli musiqiçilərdən ibarət münsiflər heyəti qiymətləndirib.

Qəbələdəmusiqi bayramı davam edən günlərdə müxtəlif səpkili konsertlərdə qədimmuğamlarımız, xalq mahnılarımız, Azərbaycan bəstəkarlarının ölməz əsərləri səsləndirilib.Böyük filosof Konfutsi deyib ki, bir millətin xarakterini öyrənmək üçün onunmusiqisini dinləmək lazımdı.

Qəbələfestivalı xalqımızın qədim mədəniyyətini, xarakterini, multikultural dəyərlərə hörmətinidünyaya nümayiş etdirən gözəl bir tədbirdir.

VIIIQəbələ Beynəlxalq Musiqi Festivalına dünən yekun vurulub.


TƏQVİM / ARXİV