adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Avqust 2016 11:15
33035
MARAQLI
A- A+

Rio 2016-nın gözlənilməz qonaqları - Fotolar

Timsahlar, tənbəllər, kapibaralar və ilanlar Rio 2016 Olimpiya Oyunlarının bəzi gözlənilməz qonaqları arasındadır.

Olimpiadanın bəzi tikililəri tropik bitkilərin əhatəsində yerləşir.

"Biz heyvanları gizlətmək istəmirik, biz göstərmək istəyirik ki, onlarla birgə yaşaya bilərik", - Rio 2016-nın əməkdaşıTania Bragabildirib.
"Rionun təxminən 25 faizi təbii meşədir. Belə bir müxtəlifliyi nümayiş etdirmək üstünlüyümüzdür".

Xanım Braga-ya görə, yarışların keçiriləcəyi məkanlarda heyvanlara cavabdeh olan komanda fəaliyyət göstərir. Onlar tapılacağı təqdirdə təhülkəsizlik üçün təbiətə geri göndəriləcək.
Şəhərin qərbində əsas Olimpiya infrastrukturunun yerləşdiyi ərazidə təxminən 230 növ heyvan məskunlaşıb.
Buna "Floridadakılara nisbətən daha az aqressiv olan" timsahlar da var.

Kapibaralar isə ətrafdakı otlağa ziyan vurular.
Bir çoxları hesab edir ki, Olimpiya obyektlərinin salınması üçün ətrafdakı sular çirklənib və təbii ətraf mühit qısalıb.

"Şəhərlərin genişlənməsilə insanlar heyvanlara daha yaxın yaşamağa başlayır. Əslində, biz onların ərazisini işğal etmişik", - bloqçuİzar Aximoffdeyir.
Ətrafın monitorinqini həyata keçiriən bir qrup bloqer timsahlar kimi bəzi heyvanların mühafizəsinə çalışırlar.

Bu araşdırmaların təqdim etdiyi şəkillərdə timsahların kanalizasiya sularında və zibilliklərin olduğu yerlərdə üzdüyü görünür.