adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2016 01:55
15381
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

XALİD KAZIMLIYA SÖZ VERDİYİM LƏTİFƏ

Müəllimə 1-ci sinfə dərs keçir. Deyir ki, ay uşaqlar, bu böyük "P" hərfidi, bu da balaca "p", kim bu hərflə bağlı söz deyər? Hamı çığırır ki, müəllimə, mən, müəllimə, mən.
- Məmməd, de.
- Pomidor.
-Beş. Otur.
- Həsən, de.
- Pələng.
- Beş. Otur.
- Gülər, de.
- Pişik.
- Beş. Otur.
- Qulam, de.
- P...
Müəllimə üzünü tutub deyir, uyyy, tərbiyəsiz, get valideynini çağır.
Qulam gedir atasının dalınca. Axtarır, "zakusuçnı"da tapır ki, atası dostlarıyla vurur. Deyir ki, ata, müəlliməm səni təcili çağırır. Atası soruşur, bala, nə olub? Qulam deyir ki, müəllimə dedi "p" hərfiylə bir söz de, mən də dedim p.... Dedi, get valideynini çağır.
- A bala, düz deyirsən də. Buna görə məni niyə çağırır? Yaxşı, gedək görək!
Gəlirlər məktəbə. Girirlər Müəllimlər otağına. Tənəffüsdü, bütün müəllimlər də burdadı. Atası soruşur ki, məni niyə çağırmısınız? Müəllimə deyir ki, biz deyə bilmərik, oğlundan soruş.
- Oğul, bala, de görək.
- Ata, müəllimə dedi "p" hərfiylə bir söz de, mən də dedim p...
Bütün müəllimlər üzünü tutur ki, uuyyy.
Ata:
- Nə olub, a. P... "a" hərfiylə başlayır ki... Savadsız uşağı, savadsız. Gəl, ay oğul, səni aparım ayrı məktəbə.