adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Avqust 2016 12:22
10522
ƏDƏBİYYAT
A- A+

Yazıçı Kamal Abdullanın Yaponiyada kitabı nəşr olunacaq

Yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görəcək. Belə ki, Yaponiyanın "Suisei-sha” nəşriyyatından yazıçıya bununla bağlı təklif gəlib. Romanı rus dilindən yaponcaya professor İçiro İto tərcümə edib.

Xatırladaq ki, "Yarımçıq əlyazma” Kamal Abdullanın Yaponiyada işıq üzü görəcək ikinci kitabıdır. Bundan əvvəl yazıçı yapon oxucuları ilə "Sehrbazlar dərəsi”ndə görüşüb. 

"Suisei-sha” nəşriyyatı 2005-ci ildən Yaponiyanın Müqayisəli Ədəbiyyat Assosiasiyasının mükafatçıları siyahısındadır.