adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Avqust 2016 12:12
9695
ƏDƏBİYYAT
A- A+

Rusiyada erməni əsilli yazıçıya vaxtından qabaq heykəl qoyulacaq

Rusiyada məşhur yazıçı Sergey Dovlatova vaxtından əvvəl heykəl qoyulacaq. Belə ki, ölkə qanunlarına görə, tanınmış şəxslərə yalnız ölümündən 30 il sonra heykəl qoyula bilər. S.Dovlatovun ölümündən isə 26 il keçir. Yəni oxucular sevimli yazıçılarının daş xatirəsini görmək üçün daha 4 il səbr edə bilməyiblər. Odur ki, hazırda abidənin qoyulmasının tezləşdirilməsi üçün imza toplanır. Təşəbbüskarlar heykəlin Sankt-Peterburq şəhərinin Rubenşteyn küçəsində qoyulmasını istəyirlər. Yazıçı həmin küçədə yaşayıb-yaradıb. Hətta heykəlin maketi də hazırdır. Onu, yazıçının evinin düz qarşısındakı meydançada qoymaq istəyirlər.

Qeyd edək ki, sentyabrın 3-də Dovlatovun 75 illiyi qeyd olunacaq. 1941-ci ildə Başqırdıstanın Ufa şəhərində doğulmuş Sergeyin atası yəhudi, anası ermənidir. Dovlatov soyadı onun anasına aiddir. 1978-ci ildən sovet rejiminə qarşı çıxdığı üçün Amerikaya mühacirət edib. 1990-cı ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib. "Görünməz kitab”, "Tənhaların marşı”, "Yer altında solo”, "Bizimkilər”, "Əcnəbi”, "Təsəvvür” və başqa kitabların müəllifidir.