adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Avqust 2016 11:35
10651
ƏDƏBİYYAT
A- A+

2016-cı ilin ən zəngin yazıçıları bəlli oldu

Forbes jurnalı 2016-cı ilin ən zəngin yazıçılarının adını açıqlayıb. Siyahıda ilk yeri 95 milyon dollarla Ceff Patterson tutur. Detektiv yazıçı inspektor Aleks Krosse haqqında silsilə romanların müəllifidir.

İkinci yerdə 19,5 milyon vəsaitlə Ceff Kinnidir. "Acizin gündəliyi” bestselleri ilə məşhurdur.

Ondan azacıq geri qalan isə Harri Potter silsilə romanları ilə məşhur olan Coan Rolinqdir – 19 milyon dollar.

Dördüncü yer – Con Qrişem (18 milyon dollar).

Beşinci yer – dəhşətlər kralı Stiven Kinq, Nora Roberts və Deniel Stil (hərəyə 15 milyon dollar).

Sonrakı yerləri E. Ceyms ("Bozun əlli çaları” – 14 mln.), Pola Xokins ("Qatardakı qız”),  Con Qrin ("Günahkar ulduzlardır”) – 10 mln., Den Braun ("Da Vinçi kodu”), Corc Martin ("Buz və atəşin nəğməsi”) – 9,5 mln. vəsaitlə tuturlar. 

Sağ əlləri, ya da ümumilikdə sağ tərəfləri bizim yazıçıların başına!