adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Avqust 2016 15:08
58008
TEXNOLOGİYA
A- A+

Telefon idxalı ilə bağlı yeni şərtlər

Hər bir Azərbaycan vətəndaşı şəxsi istifadəsi üçün ildə iki dəfə ölkəyə telefon gətirə biləcək.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə çərşənbə axşamı telekommunikasiya bazarında olan mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ilkin məlumata görə, yaxın gələcəkdə qüvvəyə minəcək yeni üsul mobil telefonların ölkəyə çatdırılması ilə səmərəli mübarizə imkanı yaradacaq, bu isə öz növbəsində, dövlət büdcəsinin gəlirlərini artıracaq.

"Hazırda mobil telefonların "boz” bazarının həcmi 80 faizə çatır. Belə ki, "boz” çatdırmalar müflis olma astanasında dayanan rəsmi distribütorların fəaliyyətinə mənfitəsir göstərir”, - mənbə bildirib.

Təcrübədə isə, həmsöhbətin sözlərinə görə, ölkə hüdudlarından kənarda alınan mobil qurğuların qeydiyyatı istifadəçinin adına şəxsiyyət vəsiqəsi və ya xarici pasportda göstərilmiş indentiv şifrə üzrə aparılacaq.

"Qurğunun qeydiyyatı zamanıvətəndaş yeni mobil telefonun qeydiyyatdan keçirilməsi üçün iki ildən sonra müraciət edə biləcəyi haqqında xəbərdar ediləcək. Təkrar müraciət üçün dəqiq müddət təyin edilməyib və bu məsələ müzakirə mərhələsindədir”, - mənbə bildirib.

Mənbənin daha öncə bildirdiyinə görə, ölkəyə mobil qurğuların qanunsuz gətirilməsi üzündən dövlət büdcəsi təxminən 50 milyon dollar zərər çəkir. Hər ay İMEİ-şifrə sistemində fiziki şəxslər tərəfindən50 min qurğu qeydiyyatdan keçirilir, halbuki rəsmi tədarükün həcmi isə 20 mindən bir qədər artıqdır. Qurğuların əksəriyyəti bazara qaçaqmalçılıq yolu ilə düşür, qalan hissəsi isə ölkə hüdudlarındankənarda şəxsi istifadə üçün alınır.

Respublika ərazisinə gətirlən mobil qurğular30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Mobil qurğuların İMEİ–şifrəsini qeydiyyatdan keçrilməsi imei.az səhifəsində və "Azərpoçt”da mümkündür. Qeydiyyat 24 saat ərzində həyata keçirilir.