adalet.az header logo
  • Bakı 7°C
03 Avqust 2016 14:13
19855
DÜNYA
A- A+

HEÇ MƏN DƏ ENDOKRİNOLOQ DEYİLƏM

«Mimino» filmini əzbər bilməyən yoxdu. Sürücü Rubiki professor Xaçikyanın adından sui-istifadə etməkdə təqsirləndirib oteldən qovurlar ki, sən endokrinoloq deyilsən. Bu vaxt Vadiko buna bərk əsəbləşir, otelin işçilərini ayıblayır və hirslə deyir:

- Nə olsun, heç mən də endokrinoloq deyiləm.

Otelin inzibatçısı təşkilatçıya üzünü tutub deyir:

- Alın, bir yer də boşaldı.

İndi Türkiyənin baş bakanı deyəndə ki, suriyalılara vətəndaşlıq verəcəyik və işlə təmin edəcəyik, Kılıçdaroğlu da yaxasını cırırdı ki (indi tısı-pısı yatıb), bu qədər iş yerini hardan tapacaqsız.

Son 16-17 gündə Türkiyədə 60 min məmur yeri boşalıb, yəni FƏTO-çu kimi işdən qovulublar.

Sayın Kılıçdaroğlu, al, bu da sənə 60 min boş iş yeri.