Aqil Abbas: Darıxmayın, Qarabağ atları hələ şox finişləri fəth edəcək!

AQİL ABBAS
103609 | 2016-08-03 15:27

Qarabağ atlarıfinişə 4 dəqiqə qalmış büdrədi. Eybi yox, hələ çoxfinişlər olacaq. Bizə o qədər sevinc bəxşedəcəklər. Düzdür, dilxorçuluq oldu, amma buna üzülmək lazım deyil. Bu futboldu,eləsi də var, beləsi də. Ötən mövsüm dünyanınbir nömrəli futbolçusu Messi gərək ki, 9penalti qaçırmışdı. Onu nə güllələmədilər,nə komandadan qovmadılar, nə də maaşını kəsmədilər.Yenə də hamının sevimlisidi.

Əsas odur ki,«Qarabağ» gözəl bir oyun sərgilədi və bunu hamı deyir. Düzdür, mən izləyə bilmədim, çünkidəfələrlə demişəm, yenə deyirəm, mən «Qarabağ»ın və Türkiyənin milli komandasının oyunlarına artıq bir ildən çoxdur ki, baxa bilmirəm,həddindən artıq həyəcanlanıram və qorxuram. Və zarafatla onu da demişəm ki, Azərbaycanmilli komandasının oyununa baxa bilirəm, niyə həyəcanlanım ki? Onsuz da bilirəm ki, uduzacaqlar.

Bir rus yazıçısınınsözüdü deyəsən. Deyir ki, hamı üç şeyin professorudu: futbolun, kinonun və polisin. Şərhçilərimizinnəinki Qurban Qurbanova, Böyükağa Hacıyevə,hətta Maurinoya məsləhət vermələrini çoxeşitmisiniz: bunu belə etməliydi, elə etdi,bu oyunçunu nahaq dəyişdi, gərək filankəsi öndə oynadardı və sair və ilaxır. Eləcədə rejissor gərək bunu belə çəkərdi, poliscinayəti bu cür açmalıydı və sair və ilaxır.

Vaqif Cavadovun «Qarabağ»da oynadığı vaxtlarıydı. Yığışmışdıq Şərəf tribunasına.Füzuli Cavadov da oturmuşdu yanımızda. O qədər Vaqif Cavadovun oyununu yorumladılarki, axırda dözmədi durub yarımçıq getdi vəgedəndə də dedi:

- Balam, burdakılar hamı futbol professorlarıdı ki?!

İndi xahiş edirəm «Viktoriya» ilə oyuna və eləcə də Qurban Qurbanovun məşqçiliyinə az professorluq edin. Buraxın buişi mütəxəssislərin üzərinə: Böyükağa Hacıyevin,Ağasəlim Mircavadovun, Tahir Süleymanovun, Rüstəm Rəhimovun, Vaqif Sadıqovun qoy onlar Qurbanovla dərdləşsinlər, nəyi necəeləmək olar.

Vaxtilə dünya şahmatla yatıb-oyananda SSRİ-nin as şahmatçıları dünya çempionatıöncə finala çıxmış Sovet şahmatçısı ilə oturuboynayacaq oyunları müzakirə edirdilər, məsləhətləşirdilər. Əlbəttə kison söz şahmat taxtasının arxasındaoturanın idi.

Belə prinsipial oyunlarda da ola bilərki, bizim as məşqçilərimiz də yığışıb biryerdə rəqib komandanın oyunlarını ən xırda detallarına qədər təhlil edə bilərlər, məsləhətləşə bilərlər. Amma yenə son söz Qurban Qurbanovundu, Qriqorçukundu, Vəli Qasımovundu,Şahin Diniyevindi.

Mən bu yazını niyə yazdım? Əvvəla,«Qarabağ»ı gözəl oyun sərgilədiyinə görə alqışlayıram, məşqçini də, bütün komandanı da.

İkincisi, komanda udanda nənəm dəqol götürüb oynayar, əsas odur ki, komanda uduzanda, büdrəyəndə ona dəstək olasan,ona arxa durasan, onu yenə alqışlayasan, ruh verəsən, ruhdan salmayasan.

Rəşad Sadıqovun bir sözü məni bir qədər kövrəltdi. Deyir ki, bundan sonratoparlanmaq çox çətindi. Çətindeyil, qardaş, elə qəşəng toparlanacaqsız. Çünki arxanızda sizi sevən milyonlarla insan var.

Yenə bu oyundaolduğu kimi, azarkeşləriniz sizi tək qoymayacaq, bu oyunda olduğu kimi stadiondaboş yer qalmayacaq, bu oyunda olduğu kimi sizi alqışlayacaqlar. Beş-on nəfərin sözü də sizi incitməsin.

Vallah, onlarda sizləri sevirlər ey, amma yandıqlarındangiley-güzar edirlər.

Azarkeşləri alqışlayıram və onlara təşəkkür edirəm, komandalarımızı sevək ki, onlar da bizi sevindirsinlər.

Ayın 2-də hamımız «Qarabağ»lı olduğumuz kimi, ayın 4-dədə hamımız «Qəbələ»li olacağıq. «Qəbələ»yə qələbə arzulayıram. Kim bilir bəlkə Avroliqanın finaloyununu «Qarabağ»la «Qəbələ» Bakı Olimpiyastadonunda oynayacaq.

P.S. Rəşad Sadıqovun bir məşhur sözü tez-tez yadıma düşür və ləzzət edir. Azərbaycan milli komandası yadımdan çıxıb, hansısa dünya lideri olan bir ölkənin komandası ilə oynayırdı, uduzdu. Həmin komandadada təxminən Messi, Ronaldo, Suarez, Məsud Özül kimi dünya ulduzu olan bir hücumçu da oynayırdı. Oyundan sonra hamı düşmüşdü Rəşad Sadıqovun üstünə ki sən onun qarşısını niyə ala bilmədin. Rəşad Sadıqov daçox tutarlı bir cavab vermişdi:

- Mən onun qabağını kəsə bilsəm, gedib «Barselona»da, «Milan»da oynayaram da, burda nəişim var?!

TƏQVİM / ARXİV