adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Avqust 2016 14:24
13446
ƏDƏBİYYAT
A- A+

Şeir və mahnılardan bu sözlər çıxarılmalıdır!

Sözün insan psixologiyasına və aqibətinə təsiri dəfələrlə sübut olunub. Amma hər dəfə də sözün qüdrəti nəinki sıravi insanları, hətta alimləri də heyrətləndirib. Bir qrup filoloq və psixoloq heyəti araşdırmalardan sonra belə qənaətə gəlib ki, təkcə adi danışıqda deyil, şeir və mahnı mətnlərində də ağır, bədbinlik aşılayan sözlərdən uzaq olmaq lazımdır. Hərçənd şairlər demiş, "dərd olmasa, şeir əmələ gəlməz”, poeziya daha çox bədbin ruhda yazılar. Amma madam ki, psixologiyamıza təsir edir, gərək şairlər Moşu Göyəzənli kimi "xoşbəxtliy”ə qafiyə axtarsınlar.

Mütəxəssislər həmçinin pis təsirli sözləri də saf-çürük ediblər. Bundan sonra "yandırmaq (yanmaq), kül”, "qışqırmaq, bağırmaq, fəryad etmək”, "iblis, şeytan, ruh, mələk”, hətta "nəfəs almaq, sıxılmaq, boğulmaq” kimi sözləri şeirlərdən çıxarmaq lazımdır. Ən azından, belə şeirlərdən uzaq gəzilməlidir. Hər halda, alimlər poeziyanı məhv etmək üçün toplaşmayıblar, bizim yaxşılığımızı istəyirlər.