Aqil ABBAS: AYIB, ÇOX AYIB!!!

AQİL ABBAS
821789 | 2016-08-02 14:02

Ölkənin ilk müstəqilteleviziya kanalı ANS Türkiyədəki FƏTO zəlzələsindən, ya vəlvələdən bağlandı. Bukanal bağlanıb-açılmağa öyrəncəlidir. Bağlanar da, açılar da. Amma böyük bir media orqanının bağlanmasına sevinənləri, xüsusilə qələm əhlinin, yazı-pozu adamlarının sevinmələrini başa düşmək olmur. Hardandıiçimizdə bu qədər paxıllıq, nifrin, kin?!

ANS-i sevməyəbilərsiz, bağlanmasını da toy-bayram edə bilərsiz, amma…

… Baxıram, ÇingizMustafayevin Milli Qəhrəmanlığını da müzakirəyəaçmısız. Ayıb, çox ayıb!

Bu gün erməni faşizminin Qarabağda törətdikləri vəhşilikləri, Xocalı faciəsini, səngərlərdə sondamla qanınadək vuruşub şəhid olan övladlarımızınqəhrəmanlıqlarını, Qarabağ müharibəsinin həqiqətlərini canı bahasına, qanı bahasınalentə alıb tarixləşdirən Çingiz Mustafayevmüzakirə mövzusudurmu?! Bu təkcə Çingizin deyil, bütün Milli Qəhrəmanlarımızın,bütün şəhidlərimizin ruhuna təhqirdir. Ruhlarınqəzəbi yaman olur ha!

Bu gün Çingizincanı və qanı bahasına lentə aldığı görüntülərlədünyanın yaxasından yapışıb silkələyirik.Bu görüntüləri soxuruq ermənilərin və bizimhəqiqətlərə kor olmuş dünyanın gözünə!

Dostlarımız Seyidağanınvə Tahirin haqqını da danmaq günah olardı.

Evdə rahat-rahat,qarabağlıların təbirincə desək, dəməkgərmədənoturub çay içə-içə sosial şəbəkələrdə Çingiz Mustafayevin Milli Qəhrəmanlığınımuzakirə edənlər, siz heç güllə səsi eşitdinizmi?! Allah eləməsin eşidəsiniz də!Özü də suyun bahalaşdığı bir dövrdə!


TƏQVİM / ARXİV