adalet.az header logo
  • Bakı 18°C
02 Avqust 2016 13:41
10696
ƏDƏBİYYAT
A- A+

Fazil İskəndərə heykəl qoyulacaq, adına küçə veriləcək

Suxumidə tanınmış yazıçı Fazil İskəndərə heykəl qoyulacaq, həmçinin həmin küçə də yazıçının adını daşıyacaq. Adalet.az Rusiya mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, Fazil İskəndər iyulun 31-də 88 yaşında Moskva ətrafındakı bağ evində dünyasını dəyişib.

"Bundan başqa, Qudaut rayonunun Mqudzırxua kəndində Fazilin doğulduğu evdə yazıçının ev muzeyi yaradılacaq. Bura yazıçının bütün dünyadan olan oxucuları vaxtaşırı gələ biləcəklər”, – deyə Abxaziya prezidentinin mətbuat katibi Raul Hacımba bildirib.  

Xatırladaq ki, anası abxaz, atası fars olan Fazil Əbdül oğlu İskəndər Suxumidə doğulub, onun atası SSRİ-dən 1939-cu ildə deportasiya edilib. Rus dilində təhsil almış İskəndər 1990-cı ilə qədər doğma Abxaziyada yaşayıb, fəaliyyət göstərib. Sonra Moskvaya köçüb. Yazıçıya şöhrət gətirən ilk əsəri 1966-cı ildə dərc etdirdiyi "Kozlotur bürcü” povesti olub. Bundan başqa, doğma kəndindən bəhs etdiyi "Çeqemli Sandro” və müxtəlif şeirlər toplusu da yazıçını çoxsaylı oxucuya sevdirib.