adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Avqust 2016 18:00
23573
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Görkəmli yazıçımız İsi Məlikzadənin atası Abbas əmi (Qarabağda ləqəbi: Dəllək Abbas) çox duzlu, zarafatcıl, hazırcavab idi. Və buna görə də təkcə Ağcabədidə deyil, bütün Qarabağda tanınırdı və sevilirdi.

Deməli belə.

Abbas əmi hər səhər işə gedəndə və dönəndə yolu bir köşkün önündən düşürmüş. Köşkdə də 96-63-91 standartına uyğun gəlməsə də, əndamlı, qarabağlılar demiş, əsl qoca malı dul bir xanım işləyirmiş. Abbas əmi də ondan kəsirmiş. Bir səhər köşkün qabağından keçəndə xanıma deyir:

- Ay filankəs, gəl sənə bir yüzlük verim, gecə bir savab iş görək.

Xanım:

- Abbas kişi, Allah ayıbını örtsün, heç səndən gözləməzdim.

Xanım axşam məhlədə qeybətə yığışanda arvadlara bunu danışır. Arvadlar da deyirlər ki, Allah sənə ağıl versin, yüz manatdan da (pulun pul vaxtı, təxminən indiki 1000 manat) keçərlər, qoca kişidi, əlindən nə gələsidir ki!

Səhər Abbas əmi yenə köşkün qabağından keçəndə xanım deyir:

- Abbas kişi, yüz manatı ver, axşam gələrsən.

Abbas əmi:

- Ay filankəs, heç narahat olma, bu gecə səhərəcən yuxuda səninlə o qədər kef eləmişəm, özü də pulsuz!