adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Iyul 2016 13:09
4669
HADİSƏ
A- A+

İsmayıllıda “BMW” aşdı: Ölən var

İsmayıllı rayonu ərazisində bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Adalet.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Külüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
"BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Quliyeva Məryəm Əziz qızı dünyasını dəyişib. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Hüseynova Nəzrin Nazim qızı İsmayıllı rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.