adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 Iyul 2016 12:44
7906
İDMAN
A- A+

Cüdoçularımız Avropa kubokuna dörd medalla başladı - FOTO

Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə 4 medal yazdırıb.

Təmsilçilərimizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.