adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Iyul 2016 10:55
8327
SİYASƏT
A- A+

Türkiyədə bütün hərbi təhsil müəssisələri bağlanacaq

Türkiyədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri bağlanacaq. 


Adalet.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "A Haber” telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə,  onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq.

 

Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.  

 

Hazırda ölkədə dörd ali hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.