Ermənilər atəşkəsi pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 6 dəfə pozub.
Adalet.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41