adalet.az header logo
  • Bakı 20°C
30 Iyul 2016 00:05
6409
GÜNDƏM
A- A+

ZAQATALA: GÖZƏLLİKLƏR DİYARINDA İNKİŞAFIN TƏNTƏNƏSİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Dövlət Proqramının icrası uğurla
davam edir

Rayonumuzda da 2016-cı ilin birinci yarımilində iqtisadiyyatın dinamik inkişafına nail olunmuşdur. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində işlər davam etdirilərək 98 milyon 711 min manat dəyərində məhsul buraxılışı olmuş və xidmətlər göstərilmiş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Məhsul buraxılışı sənayedə 2 dəfə, tikintidə 7 faiz, kənd təsərrüfatında 4,2 faiz, rabitədə 20,3 faiz, ticarətdə 5,3 faiz, nəqliyyatda 2,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 16,8 faiz, pullu xidmətlərin həcmi 9,2 faiz artmış, 997-i daimi olmaqla 2299 yeni iş yeri açılmışdır.
Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılaraq 5 sahibkarlıq obyektinin tikintisinə razılıq verilmiş, 21 layihə üzrə 162,5 min manat həcmində güzəştli kreditlər verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə RİHB-nın 09 fevral 2016-cı il tarixli 23 saylı Sərəncamı ilə RİHB-nın rəhbərliyi ilə Qərərgah yardılmışdır.
Rayon İcra Hakimiyyəti və RR şirkətlər qrupu tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndində "Şimal-Qərb" brendi altında Sosial Ticarət mərkəzinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılmışdır. Layihəyə əsasən burada 7 mərtəbəli yaşayış binalarının, kənd təsərrüfatı bazarının, mebel satış mərkəzinin, yanacaqdoldurma məntəqəsinin, regional ticarət mərkəzinin, avtomobil bazarının, çörək zavodunun, dəyirmanın, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, tikiş fabrikinin, ət məhsulları mini zavodunun və soyuducu kameraların, tir parkının, mövsümi məhsulların saxlanması üçün anbarların və soyuducu kameraların, regional tikinti materiallarının satışı bazarının, beton məmulatların istehsalı obyektinin tikintisi və 600-700 nəfər üçün yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Ölkə prezidenti cənab İlham Əliyevin göstərişləri rəhbər tutularaq rayonda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatını təmin etmək məqsədilə istehlak bazarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə ictimai komissiya tərəfindən monitorinqlərin keçirilməsi davam etdirilmiş, istehlak bazarında sağlam rəqabətin yaradılması və süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlər görülmüşdür.
2016-cı ilin birinci yarımilində büdcəyə vergi və tədiyyələr üzrə 3,3 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 102,1 faiz icra edilmişdir. Gəlirlərin 9,6 faizi dövlət sektorunun, 90,4 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan 49 vergi ödəyicisinə 873,0 min manat həcmində maliyyə sanksiyası tətbiq edilmiş və həmin vəsaitin tam olaraq büdcəyə ödənilməsi təmin edilmişdir.
Cari ilin 6 ayı ərzində mərkəzləşdirilmiş xərclərdən 10 milyon 948 min 200 manat subsidiya alınmış, büdcə xərcləri 11 milyon 746 min 530 manat və ya 82.7 faiz icra olunmuşdur.
Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılmışdır.
2016-cı ilin hesabat dövründə 423 pensiya işi təyin edilmiş, 16663 pensiyaçıya xidmət göstərilmiş, 3,1 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 91,6 faiz icra edilmiş, sığortaedənlərin sosial sığortaya cəlb olunması, məcburi dövlət sosial sığorta haqları ödəyicilərinin qeydiyyata alınması ilə bağlı 42 fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir.
2016-cı ilin birinci yarımilində rayonda 4441 nəfərə sosial müavinət, 375 nəfərə prezident təqaüdü, 86 nəfər əlilə əlillik, 2 nəfər şəhid ailəsinə şəhidlik vəsiqəsi, 2270 ailənin 9767 üzvünə (hər ailəyə orta hesabla 182.87 manat) ünvanlı sosial yardım verilmiş, 214 nəfər kimsəsiz qocalara xidmət göstərilmişdir. Hesabat dövründə məşğulluq xidməti tərəfindən 2410 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 480 nəfər münasib işlə təmin olunmuş, 87 nəfərə işsizlik müavinəti təyin edilmişdir...

Aqrar sektordan
mühüm gözləntilər
Son illərdə aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində rayonda 2016-cı ilin I yarısında kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 milyon manat artaraq 40,4 milyon manata çatmışdır.
2016-cı ilin birinci yarısında 9805 ha sahədən 27948 ton taxıl, o cümlədən 6209 ha sahədən 17447 ton buğda, yazlıq əkinlər üzrə 6170 ton kartof, 2293 ton tərəvəz, 228 ton bostan məhsulu, 23.2 ton tütün, 720 ton meyvə, 16.5 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.
İri buynuzlu mal-qaranın baş sayı 61289 başa, qoyun-keçilərin baş sayı 173237 başa çatdırılmış, rayonda 4205 ton diri çəkidə ət, 18436 ton süd, 9326 min ədəd yumurta istehsal edilmişdir.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi qrupu, 19 may 2016-ci il tarixdə Zaqatala rayonunda olaraq kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində aparılan işlərin vəziyyətini yerində öyrənmişdir. Daha sonra işçi qrupu Heydər Əliyev Mərkəzində təşkil olunmuş müşavirədə iştirak edərək ayrı-ayrı fermerlər və iş adamları ilə kənd təsərrüfatının, xüsusilə də tütünçülüyün və baramaçılığın inkişafına mane olan problemləri va onların aradan qaldırılması yollarını müzakirə etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Zaqatala rayonunda da müvafiq tədbirlər görülmüşdür.

(ardı gələn sayımızda)