adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Iyul 2016 21:20
9281
İDMAN
A- A+

O 43 yaşında futbola qayıdır

İtaliya millisinin sabiq üzvü Kristian Vieri yenidən yaşıl meydanlara qayıdır.

Qol.az-ın yaydığı xəbərə görə,  bu barədə 43 yaşlı veteran futbolçunun özü məlumat verib.
O, Çin klubundan təklif aldığını bildirib: "Beş ay  bundan əvvəl 101 kilo idim. İndi isə 91 kiloyam. Getdikcə formaya düşürəm. Çinə getməyə hazırlaşıram". 

Qeyd edək ki, "Atletiko", "Milan", "Yuventus", "İnter", "Fiorentina" və "Latsio" kimi klubların şərəfini qorumuş Vieri futbolçu karyerasını 2009-cu ildə başa vurub.