adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Iyul 2016 17:28
9223
İQTİSADİYYAT
A- A+

Nazirlikdən çörəyin qiyməti ilə bağlı – RƏSMİ AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Xidmətdən Adalet.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır:

"Qanunvericiliyə görə, çörək dövlət tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Bununla belə, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı çörəyin qiymətində artım qeydə alınmayıb.

Əgər çörəyin qiymətində dəyişiklik baş versə, səbəbləri araşdırılacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə çörəyin qiymətinin bahalaşması və 30 qəpiklik çörəyin 40 qəpiyə, 40 qəpiklik çörəyin isə 50 qəpiyə satılması ilə bağlı məlumatlar yayılıb.