adalet.az header logo
  • Bakı 18°C
29 Iyul 2016 16:32
7546
İQTİSADİYYAT
A- A+

Ukraynada 243 Rusiya şirkətinin fəaliyyətinə qadağa qoyuldu

Ukraynada 243 Rusiya şirkətinin xarici iqtisadi fəaliyyətinə qadağa qoyulub.

Adalet.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, qərarın qəbul edilməsinə səbəb bu müəssisələrin Donbas regionunda yerləşən kommersiya strukturları ilə əməkdaşlıq etməsidir. Qeyd olunur ki, bu şirkətlərin əksəriyyəti eyni zamanda Ukrayna ilə qanuni əsaslarla əməkdaşlıq edir.

Ukrayna Təhlükəsizlik Xidməti artıq İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müvafiq materialları təqdim edib.