adalet.az header logo
  • Bakı 18°C
29 Iyul 2016 16:13
7831
İDMAN
A- A+

İdmançılarımızın ikinci qrupu 1 avqust tarixində yola düşəcək

Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların birinci qrupu artıq yola düşüb. İkinci qrup avqustun 1-dən 2-ə keçən gecə yola düşəcək.

Adalet.az xəbr verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, idmançılar oyunlara təntənəli şəkildə yola salınacaq: "Din xadimlərimiz idmançılara xeyir-dua verəcəklər. Musiqi və rəqslər də olacaq. İdmançıların gediş-gəliş vaxtını idman federasiyalarının xahişini nəzərə alaraq müəyyən etmişik. Kim tez qayıtmaq istəyirsə, tez qayıdacaq.

Məsələn, cüdoçular yarışlarını tez bitirirlər və onlar tez qayıtmaq istəyirlər. Amma olimpiya kəndində qalma kvotası da var. Onların 50 faizi yerini dəyişməlidir. Bu da təşkilatçıların imkanları ilə bağlıdır. Azərbaycanda keçirilən Avropa Oyunlarında idmançıların sonadək qalma imkanı var idi".