ADU-nun dekanı Beynəlxalq Forumda mühazirə ilə çıxış edib
İyulun 26-da Azərbaycan Dillər Universitetinin
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar
Nağıyev Norveçin Oslo Universitetinin Beynəlxalq Yay məktəbi çərçivəsində təşkil
edilmiş Beynəlxalq Forumda mühazirə ilə çıxış edib.
"Cənubi Qafqaz regionunda münaqişələr və təhlükəsizlik: region nə üçün xüsusi əhəmiyyətlidir”
mövzusunda təşkil edilmiş mühazirədə Cənubi Qafqaz regoinunda baş verən silahlı
münaqişələr və işğal faktı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin
olmaması (BMT qətnamələri və ATƏT-nin missiyasının uğursuzluğu), böyük dövlətlərin
regiona olan marağı və geosiyasi durumunun əhəmiyyəti, Xəzər dənizi və enerji
siyasəti, eləcə də regionun gələcək inkişaf perspektivləri və təhlükə
potensialları haqqında fikir mübadiləsi aparılıb.
Mühazirə zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətin,
beynəlxalq missiyaların, Azərbaycanın multikultural ənənləri, Cənubi Osetiya,
2008-ci il Gürcüstan-Rusiya müharibəsi kimi məsələlər ətrafında müzakirələr
apaırılıb. Mühzairədə Azərbaycan, Gürcüstan, Ukrayna, Norveç, Xorvatiya, Konqo,
Nigeriya, Pakistan, ABŞ, Rusiya, Bosniya və Hersoqovina, Nepal, Ermənistandan
olan iştirakçılar iştirak edirdi.
Sonda, Oslo Universiteti yay məkətbinin direktoru və Oslo Sülh Araşdırmaları İnstitutunun əməkdaşı E. Vannebo Cənubi Qaqfazda silahlı münaqişələr və təhlükəsizlik, eləcə də region ətrafında baş verən geosiyasi yerdəyişmələr və onların yaratdığı təsirlər haqqında dolğun mühazirə və müzakirələr təşkil etdiyi üçün Anar Nağıyevə təşəkkür etdi.
Digər Xəbərlər
22 Aprel 2024 12:26