adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Iyul 2016 12:12
10396
DÜNYA
A- A+

ABŞ qaş düzəltdiyi yerdə göz çıxardıb

ABŞ hərbçiləri İraq və Suriyada 2015-ci ilin iyulundan 2016-cı ilin aprelinədək "Əl Qaidə” və İŞİD terror qruplaşmalarının mövqelərinə endirilən aviazərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf ediblər.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə insidentlər nəticəsində 1 nəfər yaralanıb.

ABŞ ordusunun komandanlığı dinc sakinlərin qəsdən öldürülmədiyini qeyd edərək, insidentlərdən çox təəssüfləndiyini bildirib və ölənlərin yaxınlarına başsağlığı verib.

Belə yerdə deyərlər ABŞ qaş düzəltdiyi yerdə göz çıxartdı. Dinc sakin ölməmək üçün kömək gözlədiyi ABŞ tərəfindən öldürülür. 

Rüfət Soltan