adalet.az header logo
  • Bakı 18°C
29 Iyul 2016 11:53
13788
KRİMİNAL
A- A+

Qazaxda dırnaqarası vergi işçiləri saxlanılıb

Qazax rayonunda özlərini vergi işçisi kimi təqdim edib insanlara qarşı dələduzluq edən 3 şəxs saxlanılıb.

Adalet.az report-a istinadən bildirir ki, onlar Qazaxda müxtəlif obyektlərə daxil olaraq satılan məhsulların keyfiyyətsiz, köhnə olduğunu deyərək sahibkarlardan müxtəlif miqdarda pul tələb ediblər.

Hər üç şəxs Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Araşdırmalar nəticəsində Bərdə rayon sakinləri Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayev in üzərindən Ağcabədi, Tovuz, Gəncə, Şəmkir rayonlardan toplanmış qəbzlər də götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.