adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyul 2016 11:37
6985
İQTİSADİYYAT
A- A+

Türkiyə qaz idxalını ən çox Rusiyadan alır

Türkiyənin təbii qaz idxalı cari ilin may ayında 3,5% azalaraq 3 milyard 215 milyon kubmetrə düşüb.

Adalet.az xəbər verir ki, Enerji Bazarı Tənzimləmə Qurumunun hesabatına görə,Türkiyəninötən ilin may ayında 3 milyard 332 milyon kubmetrolan təbii qaz idxalı bu ilin eyniayında 3,5% azalaraq 3 milyard 215 milyon kubmetr olub.

Ümumi idxalın 2 milyard 890 milyon kubmetri boru kəmərləri ilə, 325 milyon kubmetri isə LNG qurğuları vasitəsilə edilib.

İdxal olunan ümumi təbii qazın 1 milyard 896 milyon kubmetri Rusiyadan, 518 milyon kubmetri İrandan, 475 milyon kubmetri isə Azərbaycandan olub.