adalet.az header logo
  • Bakı 20°C
28 Iyul 2016 17:26
14213
GÜNDƏM
A- A+

Bakıda Universitetin prorektoru işdən çıxarıldı

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

Adalet.az xəbhər verir ki, Universitetdən Trend-ə verilən məlumata görə, həmin vəzifəyə Tədris Terapevtik Klinikasının Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib. S.Musayev isə həmin klinikanın uşaq xəstəlikləri kafedrasının professoru kimi fəaliyyətini davam etdirəcək.

Digər dəyişikliklə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev vəzifəsindən azad edilib. Onun yerinə Rauf Bəylərov təyin edilib.

Xatırladaq ki, Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli bir neçə ay əvvəl ATU-ya rektor təyin edilib.