adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyul 2016 13:04
62862
MÜSAHİBƏ
A- A+

“Mehriban Əliyeva birinci vitse-prezidentliyə ən layiqli namizəddir”

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasındadəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərə görə,Azərbaycanda ilk dəfə olaraq vitse-prezident institutu yaradılır.

Referendum öncəsi ictimaiyyətdə kimin birinci vitse-prezident və vitse-prezident olacağı geniş müzakirə edilir.

Adalet.az bununla bağlı Bütöv Azərbaycan xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, bizə verdiyiniz sonuncu müsahibədə söyləmişdiniz ki, referendum layihəsinə təklifləriniz olacaq. Təkliflərinizi nə zaman açıqlayacaqsınız?

- O zaman düşünürdüm ki, əvvəllər olduğu kimi bu layihə dəmüzakirə olunmaq üçünMilli Məclisə göndərilə bilər. İndi isə bunun əhəmiyyəti yoxdur. Əsas fikirlərimi Sizə söyləmişdim.

-Bundan sonrakı proseslərlə bağlı proqnozlarınız nədir? Növbədənkənar prezident seçkiləri keçirilə bilərmi?

- Çörçil söyləyirdi ki, siyasətçi proqnozlar verməli, bu, baş vermədikdə isə niyə baş vermədiyini əsaslandırmağı bacarmalıdır. Yeri gəlmişkən, proqnoz vermək yaxşı məşğuliyyət sayılmasa da, qənaətimcə, növbədənkənar prezident seçkilərinin keçirilməsi labüddür. Doğrusunu isə göydə Allah, yerdə prezident bilir.

- Qüdrət bəy, sosial şəbəkələrdə 1-ci vitse-prezident postuna ən layiqli namizəd kimi Mehriban Əliyevanın adı hallanır, buna münasibətiniz necədir və kimlər vitse-prezident ola bilər?

- Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın vəAzərbaycan qadının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb.

O həm də hakim partiyada sədr müavini olmaqla prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi.

Vitse-prezidentlərə gəldikdə isə bu postu tutacaq şəxslər prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar. Bu keyfiyyətlərinəgörə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov, Əli Həsənov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə bir daha söyləyirəm ki, prezident bilir.

- Qüdrət bəy, müsahibənizdə söyləmişdiniz ki,1-ci vetse-prezidentin kimliyi seçkidən öncə bilinməlidir. Bunu mövcud təcrübədən çıxış edərək söyləyirsiniz, yoxsa başqa mülahizələr də var?

- 2 aprel qələbəsindən sonra Kremlin sadiq dostları bəyanat verdilər ki, Qarabağ probleminin tənzimlənməsində 5+2 formatı Azərbaycanın milli maraqlarına cavab vermir. Son prezident seçkilərində də xarici güclər demokratiya adı altındaRüstəm İbrahimbəyovdan istifadə etmək istədilər. Amma alınmadı. Bu dəfə daha həssas Qarabağməsələsi üzərində oyun oynanıla bilər. Tutaq ki, həmsədr dövlətlər Azərbaycanımüəyyən güzəştlərəməcbur edə bilər. Bundan sonra "Qarabağı verdilər” şüarı iləsabitliyin pozulması üçün cəhdlər ola bilər. Prezidenti məcbur edə bilərlər ki, Kremlin, yaxud Qərbin, yaxud da hər ikisinin dostlarından birini 1-ci vitse-prezident təyin edib istefa versin. Ona görə də ölkəni və prezidenti mümkün təzyiq vətəhlükələrdən qorumaq üçün hər şey nəzərə alınmalıdır.

Yaxşı xatırlayıram, 2001-ci ildə Ki Vest danışıqları zamanı ABŞ səfiri ilə görüşdən qayıdanƏli Kərimli söylədi ki, görüş ərəfəsində "Azərbaycana təzyiqlərə son qoyulsun" şüarı ilə keçirəcəyimiz mitinq təxirə salınmalıdır. Çünki ABŞ səfiri ona söyləyib ki, imkan verin bu problemi (o daha pis söz işlətmişdi) Heydər Əliyevin əli ilə həll edək, sonra siz gəlib rahat oturun.

İlham Əliyev təcrübəsi və cəsarəti ilə kifayət qədər seçilir. Hesab edirəm ki, bütün yarana biləcək çətinliklərlə bağlı müdrik qərar verə biləcək.Bununla bərabər dövlətçiliyin qorunması naminə ehtiyat əldən buraxılmamalıdır. Ona görə də prezidenti əvəz edə biləcək şəxsinadı öncədən açıqlansa, daha yaxşı olar.

Artıq mətbuatda Qərbdən himayə olunanlarbelə bəyanatlar yaymağa başlayıb ki, referendum Qarabağa görə keçirilir və buna görə Qərb susur.