adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyul 2016 14:09
24451
DÜNYA
A- A+

ÇIXIŞ YOLU: FƏTULLAH GÜLƏNİN İNTİHARI

15 iyulda Türkiyədə baş tutmayan hərbi çevrilişin təşkilatçısı Fətullah Gulənin ABŞ-dan Türkiyəyə təhvil verilməsi tələb olunur. Və qardaş ölkə bu məsələdə israrlıdı. ABŞ-ın isə özünün yetişdirdiyi və arxasında durduğu Fətullah Gülənin Türkiyəyə təhvil verməsi çətin məsələdi. ABŞ çətin bir duruma düşüb. Təhvil verərsə, ABŞ-ın dünyadakı nüfuzuna böyük bir zərbədi. Təhvil verməzsə ABŞ-ın Rusiyanın qapısının ağzında yerləşən Türkiyə ilə qırılmaqda olan tellərinin ümumiyyətlə, qopması deməkdir, belə bir müttəfiqi itirmək də ABŞ-a sərf etmir. Yeganə çıxış yolu Fətullah Gülənin intiharıdı. Bunu ya özü etməlidi, ya da bunu eləməlidirlər.

Yaxın günlərdə belə bir xəbər yayılsa təəccüblənməyin.