adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

AQİL ABBAS: Yer üzündə Allahlıq edənlər və Allahın iqamətgahı

AQİL ABBAS
113322 | 2016-07-27 17:48

Deməli belə.NASA hələ 22 il bundan əvvəl «Allahın iqamətgahını» tapıb. O zamankı prezident deyib ki, bunu açıb-ağartmayın, insanların psixologiyasınatəsir edər. Amma bu il deyiblər insanlarınpsixologiyasına cəhənnəmə təsir etsin,sirri açıblar və Allahın uçuq-sökük ərəbhərflərinə bənzəyən bir iqamətgahının şəklinipaylaşıb. Neçə gündür saytlarda, qəzetlərdə, sosial şəbəkələrdə bunun bərk müzakirəsi gedir.

Hə, bir də deməli belə. Məsələ nəcür olub? Astronavtlar kosmosda veyillənərkən(Osmanlı türkləri kosmosa «uzay» deyirlər, maraqlı sözdü, işlətmək olar) gedib çıxıblarAllahın iqamətgahına. Şəkillərini çəkiblər-filan,bu vaxt Allah mələklərini göndərib ki, görünnə istəyirlər. Astronavtlar da deyiblər ki, Allahı görmək istəyirik. Mələklərdə cib telefonu ilə Allahla əlaqə saxlayıbamerikalıların nəyə gəldiyini bildiriblər,Allah da deyib ki: «Allah Allahdan başqaAllahları tanımır. Day amerikalılar Yer üzündə Allahlıq etdiyindən mən ordakı missiyamı başa vurmuşam. İndi başqa dünyalarla məşğulam».

Və ilk dəfə Yer üzündə Allahlıq edənlərinağızlarına şapalaq vurulub, kor-peşman qayıdıblar geri. Və dilxorçuluqdan22 il sonra da olsa bu şəkili paylaşıblar ki, Allahın necə uçuq-sökük bir yerdə yaşadığını göstərməklə onu biabır eləsinlər və intiqamlarını alsınlar.


Və bir də deməli belə. Məsələ nədi? ABŞvə onun NASA-sı hərdən belə «utka»lar buraxır və dünyanıın nəbzini öyrənir. Və daha çox dünyada hələ nə qədər cahil və «tupoy» insanların olduğunu dəqiqləşdirir və hansı ölkədə nə qədər çox «tupoy» və cahil insan varsa onları keçirirqarmağa. Və sonra da həmin ölkələri və ya ölkələri özününbildiyi üsullarla, ya bombalamaqla,ya narıncı inqilablarla, ya mavi inqilablarla, məxməri inqilablarla, ya prezidentinitutub dar ağacından asmaqla, dünənədək özləri əllərindən öpdükləri, övladlarının isə«ata» dediklərinin dallarına öz övladlarının əli ilə ağac soxduraraq məhv eləyirlər.

Və Allaha çox şükür ki (iqamətgahlarını tapdıqları Allaha yox ha, sözün əsl mənasında Allaha) gördüm ki, bizdə beş-altı cahil,«tupoy» tapa bilsələr də bizim millət

bizimlə məzələnmək istəyən NASA ilə məzələnib. Və buna çox sevindim.

Nitsşe deyir ki, «Allah öldü!». Mənbu fikirlə razılaşmıram, özümün «Dolu» romanımda bu məsələyəbaşqa tərəfdən yanaşmışam. Belə yanaşmışamki, Tanrı yaratdıqları bizlərin əlindən yorulmuşduvə qocalmışdı.

İndi Tanrı yorulmamış və qocalmamış olsaydı Yer üzündə Allahlıq edənlərincəzasını çoxdan vermişdi, bu yazıq dünyanıncanı da dincəlmişdi.

Eh Tanrnın da cavan vaxtları olubey! Ona asi olduqlarına görə Sadom Qomorra şəhərini nə təhər tərsinə çevirdisə hələ də orda heç ot da bitmir.

Hələ lap cavanlığında cəmi altıca günə bizim milyard ildi dağıda bilmədiyimiz bu dünyanı yaratmamışdı. Mənigünaha batıran fikirlərimi bilgisayarda yazan Mehriban xanım etiraz elədi ki, müəllim, Tanrı dünyanı altı günə yox, yeddi günə yaradıb. Mən dedim ki,bala, sən hələ uşaqsan, tarixi və həqiqətləri öyrənmək istəyirsənsə heç olmasaget Yunus Oğuzun əsərlərini oxu. Tanrıdünyanı altı günə yaradıb, yeddinci gün dəgedib istirahət etməyə. Ona görə də altıgün işləyirik, yeddinci gün gedirik istirahət etməyə. Və Tanrı o istirahətə çıxandan hələdə istirahət edir. Və elə bir az da buna görə yorulub və qocalıb. Görmürsüzadam işsiz-gücsüz olanda həm yorulur, həm də tez qocalır.

Bu yazıya görə ABŞ, NASA, hətta ABŞ-ın şokolad kimi prezidenti günahımdan keçməyə bilər və heç keçməyəcək də yəni. Amma qoy Ulu Tanrı günahımdan keçsin.Əstəğfürullah!

P.S. Yenə saytlarda, qəzetlərdə və sosial şəbəkələrdəhəm yazıblar, həm də bir şəkil paylaşıblarki, Səudiyyə Ərəbistanına da bir uçan tarelka enib. İçindəndə yadplanetlilər düşüblər, çıxıblar çölə. Bu barədə dəyaxın nömrələrimizdə.


TƏQVİM / ARXİV