adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
27 Iyul 2016 12:53
8790
GÜNDƏM
A- A+

AİDA EYVAZOVADAN MARAQLI BİR STATUS

Dünən sosial şəbəkədə tanınmış jurnalist (tanınmış olduğuna görə də işsiz) Aida Eyvazovanın Atatürklə bağlı maraqlı bir statusunu oxudum. Dedim qoy bunu sizinlə də paylaşım. Atatürk övladları Türkiyəni işğal etməyə gəlmiş, amma döyüşlərdə həlak olmuş əsgərlərin analarına belə bir müraciət ünvanlayıb:

«Bu məmləkətin topraqları üzərində qanlarını tökən qəhrəmanlar! Burda bir dost vətənin toprağındasız, zur və sükun içində uyuyunuz! Sizlər, mehmetciklərlə yan-yana, koyun-koyunasınız. Uzaq diyarlardan övladlarını hərbə göndərən analar! Göz yaşlarınızı durdurunuz. Övladlarınız hüzur içindədirlər və hüzr içində də rahat uyuyacaqlardır. Onlar bu topraqlarda canlarını verdikdən sonra artıq bizim övladlarımız olmuşlardır».

Atatürk. 1934.

Avstraliyalı bir ananın cavabı:

«Topraqlarınızda itirdiyimiz övladlarımızın acısını, alicənab sözləriniz həfiflətdi. Göz yaşlarımız durdu. Bir ana olaraq mənə bu gözəlim təsəlli bəxş etdi. Yavrularımızın sonsuz uykularında hüzur içində dinləndiklərindən heç kuşkumuz qalmadı. Majestrləri qəbul buyururlarsa, bizlər də kendilərinə Ata demək istəyirik. Çünki yavrularımızın məzarları başında söylədiyiniz sözlər, ancaq öz babalarının sözləri kimi yüce, ilahi! Övladlarımızı bir baba kimi qucaqlayan böyük Ataya hamımız adına şükran, sevgi və sayğıyla!».