adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Iyul 2016 20:02
3155
HADİSƏ
A- A+

Şirvandakı partlayışda 24 nəfər yaralanıb

 Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib. Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.