adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Iyul 2016 18:02
6452
SİYASƏT
A- A+

“Biz öz vədimizi yerinə yetiririk. Bəs avropalılar?”

Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan Avropa İttifaqına üç milyard borcu xatırladıb.

Adalet.az xəbər verir ki, o, bu barədə Almaniyanın ARD telekanalına verdiyi müsahibədə bildirib.

Ərdoğan Ankaraya indiyə qədər mühacirlərin qəbul edilməsi, yerləşdirilməsi və təminatı üçün üç milyard avronu verməyən Aİ-dən gileylənib.

"Biz yalnız kiçik məbləğlər almışıq”, - Ərdoğan bildirib.

O, həmçinin xatırladıb ki, Türkiyə üç milyon qaçqın qəbul edib və onlara 12 milyard avro xərcləyib.

"Biz öz vədimizi yerinə yetiririk. Bəs avropalılar?”, - Ərdoğan sözlərinə əlavə edib.