adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyul 2016 17:01
9181
ƏDƏBİYYAT
A- A+

Elat bayramı təxirə salındı

"Gürcüstanın indiki İvanişvili iqtidarı səhvə yol verdi. Azərbaycan, Borçalı türklərinin mədəniyyətinə, Elat bayramına, milli bayrağa hörmətsizlik nümunəsi nümayiş etdirdilər. Danışıqlarda əldə olunmuş razılaşmaları pozaraq Elat bayramına aidiyyəti olmayan "Dmanisoba” kimi eqoist, cıllz layihə təqdim edib, milli mədəniyyətimizə dözümsüz yanaşaraq, diskriminasiya nümunəsi göstərdilər”.

Bu haqda "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sosial şəbəkədə yazıb.


Z.Məmmədli qeyd edib ki, "Borçalı” Cəmiyyəti bu səbəbdən Elat bayramının qeyri-müəyyən müddətə təxirə salındığını və bu gün Dmanisi rəhbərliyinin təşkil etdiyi tədbirin isə Elat bayramına heç bir aidiyyətinin olmadığını bəyan edib.


Eyni zamanda "Borçalı” Cəmiyyəti və Elat bayramına gəlmiş soydaşlarımız və qonaqlar adından bu addıma görə Gürcüstanı tənqid edib.