adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyul 2016 13:21
7596
GÜNDƏM
A- A+

DÖVLƏT YOL POLİSİ LƏĞV OLUNMALIDIR!

Yağın içində, qəttəzə yeni bir Azərbaycan Xalq Cəbhəsi Partiyası yaratmış Razi Nurullayev təklif edir ki, Dövlət Yol Polisi ləğv edilsin. 90-cı illərdə də tələb edirdilər ki, Daxili İşlər Nazirliyi ləğv olunsun, jurnalistlərdən də böyük dəstək alırdılar. Onda mən qələm dostlarıma bir sual ünvanladım ki, küçədə və ya evinizdə yatdığınız yerdə sizə qarşı bir quldurluq hadisəsi baş versə hara müraciət edəcəksiz, Jurnalistlər İttifaqının sədri Hacı müəllimə?!

İndi Razi bəy yol hərəkəti qaydalarını pozub, yol polisi də cəzalandırıb, bu da prezident olmaq istəyən partiya sədrinin xətrinə dəyib. Və indi deyir ki, DYP ləğv olunmalıdır, bəzi ölkələri, eləcə də qardaş Gürcüstanı da örnək gətirir.

Əvvəla, bilməyərəkdən Gürcüstan yollarında və Tiflisdə bir neçə dəfə yol hərəkəti qaydalarını pozmuşam və məni polis saxlayıb. Onlar göyə nəzarət etmirlər ki, yola nəzarət edirlər də? Adını nə qoyursan qoy! Və dünyanın heç bir ölkəsində yollar nəzarətsiz deyil.

Və bilmirsiniz ki, DYP olmasa «papinkın, maminkın sınoklar» maşınları üstümüzdə sınaqdan keçirərlər. Gecə-gündüz sürücülərin, sərnişinlərin və piyadaların təhlükəsizliyini təmin etmək üçün vəzifə borcunu yerinə yetirən bu insanları aşağılamaq bir siyasətçiyə yaraşmaz.

Təbii ki, onların içində yerində olmayanlar da var. Və belələri zaman-zaman Daxili İşlər Orqanlarından xaric olunur.