adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Iyul 2016 10:27
5297
SAĞLAMLIQ
A- A+

28 iyul Hepatitlə mübarizə günüdür

28 İyul Beynəlxalq Hepatitlə Mübarizə günü ilə bağlı – Hepatitlə Mübarizə Həfəsi elan edildi. 

 Hər 12 nəfərdən 1-nin xroniki yoluxması ilə epidemiyanın artma miqyasını, hər il dünyada bu xəstəliyə yoluxmuş 130-170 milyon insan qaraciyər serrozu və qaraciyər xərçəngi kimi xəstəliklərə yaxalanma riski və bu xəstəliyin qarşısının alınması və müalicəsi sahəsindəki nailiyyətləri nəzərə alaraq, Ümumdünya Səhiyyə Assambleyası 2010-cu ildə WHA63.18 saylı Qərar qəbul etmiş və bu Qərar hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmağa çağırmış və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etmişdir. 

Həmin gün, qlobal ictimai səhiyyə problemi kimi, hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir. 28 İyul Beynəlxalq Hepatitlə mübarizə gününə təsadüf edir və Azərbaycan Maarifçi Gənclər Təşkilatıı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Park Bulvar AVM "Hepatitlə mübarizə həftəsi” keçirtmək qərarına gəlib. 

Həftə ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Maarifçi Gənclər Təşkilatıının hazırladığı "Hepatitlə mübarizədə maarifləndirmənin rolu" mövzusunda sosial videocarx Park Bulvar AVM-in monitorlarında nümayiş ediləcək. 

Layihə çərçivəsində hazırlanmış Hepatitin növləri barədə maarifləndirici bukletlər könüllülər vasitəsilə əhaliyə payanacaq.