adalet.az header logo
  • Bakı 18°C
26 Iyul 2016 11:49
2837
HADİSƏ
A- A+

Bakıda avtomobil piyadaları vurub

Bakıda avtomobil üç piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, hadisə iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Emin Mürsəlov "Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanan paytaxt sakinləri - Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub. Sonradan avtomobil divara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxananaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.