adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bizi bağışla, Rəsulzadə!

FƏRHAD ŞABANOV
33539 | 2013-02-02 02:20

Dahi insanhəyat fəlsəfəsini 4 kəlmədə açıqlamışdı əslində; insanlara hürriyyət,millətlərə istiqlal! Kaş ki, Rəsulzadəni anlasaydılar...

"AzərbaycanDemokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən,cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıqvə siyasi hüquqlarla təmin edir". Məmməd Əmin Rəsulzadə müstəqillikləbirgə Azərbaycan xalqına vicdan azadlığı haqqını tanıyarkən heç vaxtdüşünməmişdi, bir gün vicdansızlığın bu ölkədə əlini-qolunu sallayaraqgəzəcəyini...

Məmməd Əminvə yoldaşları müstəqil Azərbaycan ordusunu qurarkən düşünməmişdilər, bir gün buşanlı ordunun erməni dığaları qarşısında məğlub olub Azərbaycan torpaqlarının20 faizini itirəcəyini...

Təhsilislahatını həyata keçirərkən yəqin ki, ağlının ucundan belə keçmirdi bir günAzərbaycan təhsil ocaqlarında rüşvətin baş alıb gedəcəyini...

O, yəqinki, heç vaxt düşünməmişdi, elm dalınca Ankaraya gələn 30-40 tələbədən başqa heçkimin onu məzarı başında yad etməyəcəyini...

O, bu xalqaverilə biləcək ən gözəl neməti, azadlığı vermişdi, Azərbaycan xalqı çox sağololaraq ona nə verdi qarşılığında?

Cümhuriyyətqurularkən Rəsulzadənin qadınlara tanıdığı haqları demokratiyanın beşiyisayılan Avropada hələ qadınlara indi-indi tanıyırlar. Dünyada qadınlar üçünseçmə hüququ sadəcə bir xülya ikən, o dahi insan qadınlara seçilmə haqqınıtanıyırdı. Rəsulzadə qadını müqəddəs varlıq kimi qorumağı, yüksəltməyiöyrədirdi bizə. Onun arzuladığı Azərbaycan cəmiyyətində qadına qarşı şiddət,alçaltma, zorlama hallarından söz gedə bilməzdi. Ancaq indi Azərbaycan dünyadaqadın haqlarının ən çox pozulduğu ölkələrdən biridir.

Məmməd ƏminRəsulzadə və yoldaşlarının tərtib etdiyi Müstəqillik Qətnaməsi bu gün dünyadabir çox ölkələrə nümunə mahiyyətindədir. Dövrünə görə demokratik cəhətdənqat-qat irəlidə olan bir mətndir.

Məmməd ƏminRəsulzadə beynəlxalq arenada baş verən çaxnaşmalardan istifadə edərək Azərbaycanımüstəqil bir dövlət kimi formalaşdırdı. Bayraq, ordu, dövlət kimi anlayışlarıhəyatı boyu əsarət altında yaşamış xalqa başa saldı. Farsların, rusların,ingilislərin əsarətində paslanmış beyinləri, çürümüş düşüncələri müalicə etdi. Bəli,Rəsulzadə Azərbaycan xalqını sağaldan, ölüm döşəyindən sağlam həyata döndərənsiyasi şəxsiyyətdir.

Biz birxalq olaraq dəyərlərimizə sahib çıxmalıyıq. Bizi cuşa gətirən bir qamçı olmadanözümüz hərəkət etməliyik. Gərək erməni "Sarı Gəlin"i oxusun ki, bizözümüzdən çıxıb musiqimizi müdafiə edək. Gərək düşmənimiz kamançanı öz millimusiqi aləti elan etsin ki, bizim yadımıza düşsün; bu axı bizim millialətimizdir və bunu dünyaya tanıtdırmalıyıq. Bu gedişlə Azərbaycanın tarixişəxsiyyətlərini də düşmənə həvalə etmiş görünürük. Onlar qamçılamasa özümüzəgələn deyilik deyəsən.

Azərbaycanxalqı elə bir virusa yoluxub ki, yanından yel ötən kimi xəstələnir-yaddaşınıitirir. Mən düşünürəm ki, Rəsulzadə kimi təkcə Azərbaycan üçün yox, bütün Şərqüçün önəmli bir yerə sahib tarixi şəxsiyyət doğum günündə 30-40 nəfərlə yadedilməməliydi. Mən utandım, məzarı başında diz çökdüm və dedim; bizi bağışla,Rəsulzadə!

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV